Tarix : 2011 Oct 25
Kod 26176

Vəkili Hacı Tale Bağırovdan danışdı

Xəbər verildiyi kimi, ilahiyyatçı Hacı Tale Bağırovun hüquqlarını bundan sonra vəkil Anar Qasımov müdafiə edəcəkdir
well/Aran agentliyi

Xəbər verildiyi kimi, ilahiyyatçı Hacı Tale Bağırovun hüquqlarını bundan sonra vəkil Anar Qasımov müdafiə edəcəkdir.

Bu barədə mətbuata açıqlama verən vəkil bildirib ki, ona müraciəti Tale Bağırovun yaxınları edib.

Birlik.az həm yeni vəkilin fikirlərini, həm də Tale Bağırovun vəziyyəti ilə bağlı məlumatları oxuculara çatdırmaq məqsədi ilə vəkil Anar Qasımovdan müsahibə alıb.

Qeyd edək ki, Ruhani alim Hacl Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs).

Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib. Vəkil Tale Bağırovla görüşdüyünü və səhhətinin normal və saxlanma şəraitinin yaxşı olmasını bildirdi. "Hacı Tale Bağırova qarşı sürülən ittihamları necə qiymətləndirirsiniz?" sualına cavab verən vəkil bildirdi ki, məhkəmə dönəmində işə qoşulduğundan bütün hüquqi dəlillərini məhkəmə zamanı bildirəcək. "Mən məhkəmə dönəmində işə qoşulduğumdan bütün dəlillərimi məhkəmə zalında bildirəcəm. Amma onu deyə bilərəm ki, Hacı Tale Bağırova qarşı sürülən ittihamlar əsassızdır. Hacı Tale Bağırov bir dəfə həmin mitinqə görə inzibati məsuliyyətə cəlb olunub, sonra isə cinayət məsuliyyətinə cəlb olunubdur."

  • Yazılıb
  • da (də) 2011 Oct 25