Tarix : 2011 Oct 25
Kod 26177

Hacı Rizvan İsmayılzadə: “Bizim üçün bir şərəfdir ki, cavanlığımız İslam yolunda, dinə xidmətdə k...

“Diqqətinizə görə çox minnətdaram. Bizim üçün ən böyük iftixar, ən böyük şərəf sözdür ki, ömrümüzün əsas dövrü bununla Allah yolunda, Əhli-beytə (ə) xidmətdə keçib
well/Aran agentliyi

 

Bu gün dəyərli həmvətənlilərimizdən, Əhli-beyt (ə) yolçusu, Gürcüstan Respublikasının tanınmış ruhanilərindən Hacı Rizvan İsmayılzadənin 42 yaşı tamam olur. Bu münasibətlə Deyerler.org Hacı Rizvanı təbrik etmişdir. Hacı Rizvan 42 illik ömrünü “Dəyərlər”ə açıqlamasında belə dəyərləndirmişdir: “Diqqətinizə görə çox minnətdaram. Bizim üçün ən böyük iftixar, ən böyük şərəf sözdür ki, ömrümüzün əsas dövrü bununla Allah yolunda, Əhli-beytə (ə) xidmətdə keçib. Allah qəbul eləsin! Təbiidir ki, bu günə kimi öz adımıza hər hansı bir xidmət etdiyimizi düşünmürük. Peyğəmbər (s) cənabları buyurur ki, qiyamət günündə bir neçə şey insandan soruşular: ilk soruşulan məsələlərdən biri insanın cavanlığının harada keçməsidir. Bizim üçün bir şərəfdir ki, cavanlığımız İslam yolunda, dinə xidmətdə keçib. Bu, bizim üçün böyük iftixardır, bunu Allahın bir lütfü bilirik. Bir cəhətdən bu, bir xoşbəxtlikdir və hamıya bunu arzulayırıq ki, cavanlıqlarını Allah istəyən kimi keçirsinlər. Ömürləri Allahın istədiyi işlərdə keçsin. Bu, bizə nəsib olduğu üçün həmişə Allaha şükür etmişik və Əhli-beytin (ə) inayətini həmişə öz üzərimizdə hiss etmişik”.

Hacı Rizvanı təbrik edir, qalan ömrünün daha da bərəkətlənməsini Allahdan diləyirik!

  • Yazılıb
  • da (də) 2011 Oct 25