Tarix : 2011 Oct 25
Kod 26187

Bakı-Vaşinqton; Müştərək layihənin icrası

Azərbaycan Respublikası Prezident Administrasiyasında məlumatlı bir mənbə ABŞ və Bakı rəsmiləri tərəfindən ölkədə islamçı qüvvələrin ...
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikası Prezident Administrasiyasında məlumatlı bir mənbə ABŞ və Bakı rəsmiləri tərəfindən ölkədə islamçı qüvvələrin güclənməsinin qarşısını almaq üçün müştərək bir layihənin icraya qoyulmasından xəbər verib.

Bu məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan Respublikası xalqı arasında Qərb və Bakı rəsmilərinin nigaranlığına səbəb olan islamçılığın genişlənməsi ilə bağlı real nümunələrin müşahidə olunmasının ardınca Bakı və Vaşinqton İctimai Palatada bir araya gələn qərbyönlü müxaliflərin məqsədyönlü şəkildə gücləndirilməsi layihəsini icraya qoyublar.

Bu layihə ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə köməkçisi Tomas Melyanın Bakıya olan son səfəri zamanı yekunlaşdırılaraq, icraya qoyulub. Bu layihədə məqsəd Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsinin ardınca formalaşan islamyönlü hərəkətlərin genişlənməsinin qarşısını almaqdır.

Bu mənbə əlavə edib: Bu layihənin icrası ilə bağlı amerikalılar Bakı rəsmilərinə tövsiyə ediblər ki, qərbyönlü müxaliflərin və İctimai Palatada bir araya gələn siyasi fəalların daha artıq önə çıxa bilmələrinə şərait yaradılsın. Və son zamanlar ANS kanalında siyasi mübahisələrin yenidən gündəmə gətirilməsi də elə bu müştərək planın icrası istiqamətdə həyata keçirilir.

ABŞ və Bakı rəsmilərinin birgə layihəsi çərçivəsində Azərbaycan Respublikasında islamçı cərəyanların genişlənməsinin qarşısını almaq üçün İlham Əliyev hökumətinin qərbyönlü müxaliflərini gücləndirmək məqsədi ilə həmçinin belə qərara alınıb ki, Qərb rəsmiləri qərbyönlü müxaliflərlə əlaqələrini və görüşlərini intensivləşdirsinlər. Bakı da bu məsələni dərk etməlidir.

Azərbaycan Respublikası Prezident Administrasiyasındakı bu məlumatlı mənbə həmçinin deyib: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin əl-Cəzirə kanalı ilə müsahibəsində də qərbyönlü müxaliflərin Qarabağ münaqişəsi ilə bağlı Qərb dövlətləri ilə anlaşmaya razı olmaları məsələsinə bilərəkdən yer verilmişdi. Məqsəd isə ümumi fikrin diqqətini bir daha cəbhəçilər və müsavatçılar adları ilə tanınan cərəyanlara yönəltməkdir. Halbuki, məsələyə real yanaşdıqda aydın olur ki, İlham Əliyevin əl-Cəzirə kanalı ilə müsahibəsində söhbəti Əliyevlər hakimiyyətinin ənənəvi müxaliflərinin Qarabağ münaqişəsi ilə bağlı Qərblə anlaşmaya hazır olmaları məsələsinə yönəltməsi üçün heç bir məntiqli səbəb olmayıb.

Amma, İlham Əliyevin bu sözləri Əli Kərimli və İsa Qəmbərə cavab vermək və xalqın diqqətini özlərinə tərəf çəkmək fürsətindən yararlanmaq imkanını yaratmış oldu.

Bu mənbə sözlərinin davamında bildirib ki, İlham Əliyevin 2013-cü il prezident seçkilərində iştirak etmək üçün hələ ki, heç bir qəti qərara gəlmədiyini deməsi həqiqətdə müxalifət liderlərinin təcriddən xilas edilməsi və ölkədə dəyişikliyin baş verməsi ehtimalının hələ mövcud olması haqda ümidvarlıq yaratmaq məqsədini daşıyıb.

Bu mənbə əlavə edib: Bu layihənin detallarından biri də "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsindən yaranan fürsətlərdən maksimum faydalanmaqdır. Belə ki, bu məsələ Bakıya mahnı müsabiqəsinin keçirilməsi istiqamətində görülən işləri ölkənin Qərb modeli əsasında inkişaf etdirilməsi və modernləşdirilməsi adı ilə təbliğ etmək imkanı vermiş olacaq. Bu arada qərbyönlü müxaliflər və hətta Bakı rəsmiləri bu mahnı müsabiqəsinin Bakıda keçirilməsini demokratiya və insan haqlarının inkişafı ilə bağlı təsəvvürlərin yaradılması üçün münasib fürsət hesab edirlər. Elə bu əsasda qərara alınıb ki, qərbyönlü müxaliflər mətbuat konfransları və dəyirmi masalar təşkil etməklə ümumi fikrin diqqətini özlərinə cəlb etsinlər.

Bu mənbə sonda deyib: Bu plan çərçivəsində bəzi müxalifət liderlərinin xarici ölkələrə səfərləri planlaşdırılıb ki, qarşıdan gələn aylar ərzində tədrici formada icra olunacaq.

  • Yazılıb
  • da (də) 2011 Oct 25