Tarix : 2011 Oct 25
Kod 26189

Vyanada hicab sərgisi keçirilib

Sərgidə nümayış olunan örtüklərin üzərində “Dünya”, “Təşvişə düşməyin, mən İslamdayam”, “Bəli, mən örtük geyinmişəm” və s. şüarlar yazılıb
well/Aran agentliyi

 

Sərgidə nümayış olunan örtüklərin üzərində “Dünya”, “Təşvişə düşməyin, mən İslamdayam”, “Bəli, mən örtük geyinmişəm” və s. şüarlar yazılıb.

Vyanada yerləşən Erdberqştrass kitabxanasında “Örtüklərlə eksperiment” adlı sərgi açılıb.

Azadxeber.az saytının "İslamToday"-ə istinadən xəbər verir ki, ekspozisiyada hicab-örtüyün 25 variantı təqdim olunub.

Avstriyanın qadınlar təşkilatın nümayəndəsi Renata Tançberqer bu fikrin necə yarandığı barədə danışıb: “Biz örtük barədə danışırdıq və birdən başa düşdüm ki, bu barədə heç bir müsəlman qadınla danışmamışam. Bu da bizə “Örtüklərlə eksperiment” adlı seminar keçirməyə məcbur etdi ki, müsəlman qadınları baş örtüklərinin nə dərəcədə əhəmiyyətli olduğunu tamaşaçılara göstərsinlər”.

Sərgidə nümayış olunan örtüklərin üzərində “Dünya”, “Təşvişə düşməyin, mən İslamdayam”, “Bəli, mən örtük geyinmişəm” və s. şüarlar yazılıb.

  • Yazılıb
  • da (də) 2011 Oct 25