Tarix : 2011 Oct 25
Kod 26194

İranın Ərdəbil Ostanınn sərhəd qüvvələri komandanı iranlı sərhədçini şəhid edənlərin cəzalandırıl...

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı Polkovnik Seyid Müctəba Musəvi Azərbaycan Respublikasının Biləsuvar Sərhəd Qüvvələri ...
well/Aran agentliyi

 

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı Polkovnik Seyid Müctəba Musəvi Azərbaycan Respublikasının Biləsuvar Sərhəd Qüvvələri tərəfindən İranın Ərdəbil Ostanının bir sərhədçi əsgərinin şəhid edilməsi amillərinin cəzalandırılması üçün, Azərbaycan Respublikası dövləti və sərhəd qüvvələrinin ciddi hərəkətlər həyata keçirmələrini istəyib.

Polkovnik Seyid Müctəba Musəvi bazar günü (23 oktyabr) Beynəlxalq Səhər Telekanalının Azəri Redaksiyasının canlı Kompas verilişində deyib: " Belə deyildir ki, sərhəddən keçən hər bir şəxsə qarşı atəş açılsın. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Sərhəd intizamı üzrə anlaşmanın 20-ci maddəsi bu məsələni iki ölkə üçün müəyyən edibdir".

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı sonra belə vurğulayıb: " Keçən il də Azərbaycan Respublikasının sərhəd qüvvələrinin bir əsgəri yolu itirib, qanunsuz olaraq İran torpağına daxil olmuşdu ki, İranın Sərhəd Qüvvələri onu hörmətlə qarşılayıb, lazımı yardımlar etdikdən sonra Azərbaycan Respublikasının Sərhəd Qüvvələrinə təhvil verdilər. Biz elə Azərbaycan Respublikasındakı qardaşlarımızdan elə bu cür rəftar etmələrini gözləyirik. Biz Azərbaycan Respublikasının Sərhəd Qüvvələri Komandanlığından beynəlxalq qanun qaydalara riayət habelə iki ölkə arasındakı müqavilələrə əsasən bu hadisə amillərini kəskin formada cəzalandırmasını gözləyirik. Çünki əgər sərhəddən keçən hər bir şəxsə atəşə məruz qalması təqdirində, sərhəd sakinləri heç bir vəchlə təhlükəsizlik hissi keçirə bilməzlər".

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı həmçinin deyib:" Azərbaycan Respublikası xalqı bizim qardaşlarımızdır. Biz qohumluq, mədəni və dini baxımdan onlarla sıx əlaqələrimiz var və bir-birimizə tam şəkildə etimad edirik. İki ölkənin sərhədçiləri müntəzəm formada müştərək iclaslar keçirirlər və məsələləri araşdırırlar. İran İslam Respublikası Dövlətinin sərhəddə bu cür kədərləndirici hadisələrin baş verməsinin qarşısını almaq üçün lazımı tədbirlər və hərəkətləri həyata keçirdiyi kimi, Azərbaycan Respublikası Dövləti də bu cür hadisələrin baş verməsinə razı olmaması zərurətini hiss edirik".

Polkovnik Seyid Müctaba Musəvi Azərbaycan Respublikasının Biləsuvar Sərhəd Komandanlığının tədbirsizliyini İranın sərhəd əsgərinin Azərbaycan Respublikası sərhədçiləri tərəfindən atəşə məruz qalmasının əsas səbəbi olduğunu bildirərək, deyib: "Azərbaycan Respublikasının Biləsuvar Sərhəd Qüvvələri Komandanlığının tədbirsizliyi bu kədərləndirici hadisənin baş verməsinə səbəb olub. Dünyanın heç bir yerində təsadüfən və bilmədən habelə silahsız olan və heç bir hərbi təchizat daşımayan bir insana tərəf atəş açmaz və ona tərəf 16 güllə atəş etməzlər".

Polkovnik Seyid Müctəba Musəvi həmçinin belə əlavə edib: "Silahsız bir şəxsi həbs etmək çətin iş deyil. Amma, Azərbaycan Respublikasının Biləsuvar Sərhəd Qüvvələrinin tədbirsizliyinə görə, yolu itirərək Azərbaycan Respublikası torpağına daxil olan silahsız bir İran əsgərinə qarşıdan 5 güllə, arxadan isə 11 güllə atəş edilib və bütün güllələr beldən yuxarı vurulub. Biz İran İslam Respublikası Sərhəd Qüvvələri Komandanı habelə Azərbaycan Respublikasının Sərhəd Qüvvələri Komandanından gözləyirik ki, ciddi formada bu məsələni araşdırsınlar ki, gələcəkdə bu cür acı hadisələrin təkrarlanmasının şahidi olmayaq və gənclərimizin ailələri qarşısında xəcalət hissi keçirməyək. İran İslam Respublikasının Məhkəmə Hakimiyyəti tərəfindən son hadisə haqda bir cinayət işi açılıb. Biz bu məsələni diplomatiya yolu ilə də izləyirik".

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı həmçinin tövsiyə edibdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Qüvvələri Komandanı münasib tədbirlər həyata keçirməklə bu ölkənin Biləsuvar sərhəd qüvvələrinə lazımı təlimləri keçməli və onlara oxşar hallarla necə rəftar etmələri öyrədilməlidir".

Polkovnik Seyid Müctaba Musəvi İran İslam Respublikasının 15 ölkə ilə müştərək sərhəddə malik olduğunu bildirərək, deyib:" Bu müştərək sərhədlərin əksəriyyətində bu cür hadisələrin şahidi deyilik. Amma Azərbaycan Respublikasının Biləsuvar sərhəd hövzəsinin tədbirsizliyi son hadisənin baş verməsinə səbəb oldu".

İran İslam Respublikasının Ərdəbil Ostanının sərhəd qüvvələrinin komandanı bu haqda sərhəddə xidmət çatdırma qaydalarına riayət və bu haqda lazımı təlimlərin verilməsi zərurətinə təkid edərək, deyib:" Misal üçün bizim sərhədçilərimiz patrul keçirdikləri zaman sərhəddə Azərbaycan Respublikasının sərhəd patrul dəstələrini gördükləri zaman onlarla salamlaşır və keflərini soruşurlar və öz dostluqlarını onlara bildirirlər".

Polkovnik Seyid Müctəba Musəvi bəzi Bakı mətbuatının bir İran sərhədçi əsgərinin Azərbaycan Respublikası sərhədçiləri tərəfindən şəhid edilməsini intiqam xarakterli hərəkət adlandırdığı üzrə bəzi məlumatlarından təəccübləndiyini bildirərək, deyib:" Biz bu hadisədə nə üçün intiqam alınmasını başa düşmürük. Bir müsəlman heç vaxt başqa müsəlmandan intiqam almaz. İslam dinin müqəddəs şəriətinə əsasən biz çalışırıq ki, bir-birimizə yardım edək. Qarabağ müharibəsinin baş verdiyi zaman mən Parsabadda idim. Biz hətta qayığımız olmadığı zaman Azərbaycan Respublikasının əsgərlərini, generallarını və adı xalqını avtomobilin təkər şinləri ilə Xudafərin kimi məntəqələrdə Araz çayı sularından qarşı tərəfə keçirirdik və Təzəkənd istiqaməti ilə onları İmişliyə çatdırırdıq və əlimizdən gəldiyi qədər öz qardaşlarımıza yardım etməyə çalışırdıq. Biz onlara öz qardaşlarımız kimi baxırıq və daim təkid edirik ki, belə olmasın ki, səhvən yaxud bir problemə görə sərhəddən keçən şəxslərə atəş açmasınlar. Biz Ərdəbil Ostanının Azərbaycan Respublikası ilə olan 369 kilometrlik müştərək sərhədi nəzarət altında saxlamışıq və öz əsgərlərimizi də sağlam saxlamalıyıq ki, onların ailələri qarşısında utanc hissi keçirməyək. Azərbaycan Respublikasının məsul şəxslərindən də gözləyirik ki, özlərinin sərhəd qüvvələrini dostluğa təşviq etsinlər ki , Allah eləməmiş bəzi şəxslərin habelə qəzetlər və mediaların qərəzli yazıları və təlqinlərinin təsiri altına düşərək, əsgərləri düşmənçilik hərəkətlərinə təşviq etməsinlər".

Kompas verilişində Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevdə deyib:" Sərhəddə baş vermiş kədərləndirici və ürək-yandıran hadisənin baş verməsinə və səhvən Azərbaycan Respublikası torpağına daxil olmuş bir silahsız şəxsə tərəf atəş açılmasına görə Azərbaycan Respublikası Dövləti üzr istəməlidir. Çünki bu məsələ nə qanunla nədəki insanlıqla uyuşmur. Mən şəxsən bir günahsız gəncin həlak olduğu bu kədərləndirici hadisəyə görə üzr istəyirəm".

Eldəniz Quliyev sonra deyib:" Təəccüblü vəziyyət yaranıb. Bir iki qardaş müsəlman ölkəyik. Biz əlaqələrimizdə bizi bir-birinə bağlayan məsələlərə əhəmiyyət verməliyik. Amma bir çox hallarda məlum qüvvələrin təsiri altında olan Azərbaycan Respublikasının mətbuatında həqiqətin yerinə həqiqətə uyğun olmayan və yanlış mətləblər yayımlayırlar. Amma yanlış məlumatlarla həqiqətin üstünü örtmək olmaz. Mən əminəm ki, Azərbaycan Respublikası mətbuatında vicdanlı adamlarda vardır ki, bu məsələni düzgün şəkildə araşdıracaqlar və həqiqəti yazacaqlar".

Eldəniz Quliyev sonra deyib: " Biz dəfələrlə görmüşük ki, hətta icazəsiz olaraq sərhəddən keçən və Azərbaycan Respublikası torpağına daxil olan erməniləri də sağlam olaraq və onlara zərər vurmadan həbs edirlər və öz ölkələrinə yaxud təmayüllü olduqları hər bir yerə göndərirlər. Son hadisədə də bir qardaş ölkədən yolu itirmiş bir gənc əsgərin nə üçün günahsız əsgər öldürülməlidir?"

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 25