Tarix : 2011 Oct 25
Kod 26195

Türkiyənin yeni konstitusiyasında hicab azadlığı qeyd olunmalıdır

Türkiyənin müsəlman xalqından minlərlə nəfər aksiyalar keçirərək, bu ölkənin yeni konstitusiyasında bu ölkə qadınlarının islami hicabdan istifadə azadlığının qeyd olunmasını istəyib
well/Aran agentliyi

 

Türkiyənin müsəlman xalqından minlərlə nəfər aksiyalar keçirərək, bu ölkənin yeni konstitusiyasında bu ölkə qadınlarının islami hicabdan istifadə azadlığının qeyd olunmasını istəyib.

Türkiyə medialarının verdiyi məlumata görə Türkiyənin cənub şərqində yerləşən kürd sakinli Diyarbəkr şəhəri əhalisindən minlərlə nəfər dünən bazar günü aksiyalar təşkil edərək, hicablı qadınlar və qızların qanuni haqlarına və bu haqın yeni konstitusiyada qeyd olunmasına təkid ediblər.

Yoxsul Cəmiyyəti tərəfindən Türkiyə Məclisində bu ölkənin yeni konstitusiyasının hazırlanması üçün fəaliyyətlərin başlanması ilə eyni zamanda keçirilən bu aksiyada onlarla qeyri-hökumət qurumu iştirak ediblər.

Türkiyədə islami hicab mövzusu Rəcəb Təyyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən 9 ilin keçməsinə rəğmən hələ də həll olunmamış formada qalmaqdadır.

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 25