Tarix : 2011 Oct 26
Kod 26206

İLHAM ƏLİYEV MİSİR MƏRDANOVU “SİLDİ”

PREZİDENT MİSİR MƏRDANOVU MÜŞAVİRƏYƏ ÇAĞIRMAYIB?
well/Aran agentliyi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası yenidən təhsil naziri Misir Mərdanovu gündəmə gətirdi. Təhsillə bağlı açılışlarda da görünməyən təhsil nazirinin prezidentin iclasına qatılmaması diqqət çəkdi.

Bu isə müavinləri sürpriz şəkildə uzaqlaşdırılan nazirin də göndəriləcəyinə dair son zamanlarda gündəmə gətirilənMisir Mərdanovun da “kitabının bağlanması” anlamına gəlir. Belə ki, Prezidentin müşavirələrində iştirakı görülməyən nazirlərin qısa müddət sonar vəzifəsindən uzaqlaşdırılması ənənəsi mövcuddur. M.Mərdanov isə hələ Heydər Əliyevin dönəmindən vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən nazirlərdən biridir. Hər dəfə vəzifədə qalmağı bacaran Mərdanovun bu dəfəki sınaqdan necə çıxacağı ciddi maraq mövzusudur. Çünki son dövrlərdə hakimiyyətin çox önəmli söz sahiblərindən birinin qəzəbinə məruz qalmış təhsil nazirinin əhatə dairəsi də daralıb.

Bu barədə PİA.AZ-a danışan təhsil üzrə ekspertlərdən biri də hesab edir ki, Misir Mərdanov 2012-ci ili nazir olaraq keçirməyə bilər: “Prezidentin müşavirəsinə çağrılmadığı dəqiqdirsə, bu Mərdanovun “fatihə”sinin veriməsi anlamına gəlir. Nazir ölkə xaricində önəmli bir tapşırıq icra edirsə, yalnız o zaman qatılmaması normal sayıla bilər. Bildiyim qədəri ilə Misir Mərdanov hazırda Bakıdadır və iclas zamanı heç bir səfərdə olmayıb.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 26