Tarix : 2011 Oct 26
Kod 26207

AZƏRBAYCAN ODLA SU ARASINDA

TÜRKİYƏ İSRAİL MÜNASİBƏTLƏRİNİNİ DAHA DA GƏRGİNLƏŞMƏSİ AZƏRBAYCAN XARİCİ SİYASƏTİNDƏ BÖHRANA YOL AÇA BİLƏR
well/Aran agentliyi

 

Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi Azərbaycanda artıq sıxıntılar yaratmaqdadır. Son illər Türkiyə və İsrail arasındakı arasındakı dostluq münasibətlərinin düşmən münasibətlərinə çevrilməsi Azərbaycan cəmiyyətinə də təsir etməkdədir. Ən çıxılmaz vəziyyət isə Azərbaycan hakimiyyətinin düşdüyü vəziyyətdir. Çünki Azərbaycan uzun illərdir ki, xarici siyasətini bu iki ölkə üzərindən tarzlamaqdadır.

Bu barədə PİA.AZ-a danışan mənbənin sözlərinə görə prosseslər bu şəkildə davam edərsə, o zaman Azərbaycan xarici siyasəti böhrana girə bilər. Zəlzələdən sonra Türkiyənin İsrailin yardımından imtina etməsi iki ölkə arasında uçurumun nə qədər dərin olmasının nəticəsidir. Mənbənin sözlərinə görə bu durum belə davam edərsə, Azərbaycan çətin seçim etməyə zorlana bilər. Bu isə Azərbaycanın xarici siyasəti üçün fəlakət anlamına gələr.

Mənbə bildirir ki, oktabrın 17-də Bakıda Asiya Dialoqu İctimai Birliyinin «Park İİN» otelində keçirilməsi nəzərdə tutlan «Mavi Mərmərə ilə azadlığa» tədbirinin otel rəhbərliyi tərəfindən ləcv olunması, bundan sonra isə «Avropa» otelində keçirilən tədbirin fotostendlərinin otelin foyesindən qaldırılması rəsmi Bakıda narahaçılıq yaradıb. Əslində büu hadisəyə İsrail tərfinin bu şəkildə yanaşması rəsmi Bakı üçün qaşınmayan yerdən qan çıxarmaqdı. Çünki Ankarada Bakı otellerində yaşanan bu lüzumsuz olay düzgün anlaşılmadı və ortaya gərəksiz proğlem çıxardı.

Mənbənin sözlərinə görə Asiya Dialoqu İctimai Birliyinin «Park İİN» oteldə keçirilməsi nəzərdə tutulan tədbirinin otel rəhbərliyi tərəfindən ləcv edilməsi İsrailin Azərbaycandakı səfirinin müdaxiləsindən sonra baş verib. Səfirlik nümayəndələri hakimiyyətin güclü qruplaşmalarından birinə bu tttədbiri önləmək üçün müraciət edib və onlarda bu istəyi yerinə yetiriblər.

Mənbəəə bildirir ki, bu kimi hərəkətlər əslində heç də İsrailin xeyrinə işləmədi. Çünki Azərbaycanda cəmiyyətinin İsrailə olan münasibəti və olaya olan təpkisi də ortalıqdadır. Hakimiyyət daxilində yaxşı anlayırlar ki, bu cür lüzumsuz hərəkətlər xalqın İsrailə olan təpkisini artıra və xalqın etirazını gücləndirə bilər. Bundan isə udan tərəf nə Ankara, nə Təl-Əviv, nə də bakı olacaq udan tərəf təbii ki, İran olacaq ki, bu da sonucda İranın burdakı mövqelərinin daha da güclənməsinə səbəb olacaq.

Mənbə bildirir ki, artıq rəsmi Bakı olayla bağlı öz narahatlığını və narazılığını İsrailin ölkəmizdə olan səfirlyinə çatdırılıb və tələb olunub ki, İsrail səfirliyi real siyasi şərtlərə uyğun davransın.

Türkiyə İsrail münasibətlərinin tamamilə nəzarətdən çıxdığı zaman Azərbaycanın atacağı addımla bağlı sorumuzu cavablandıran mənbənin sözlərinə görə əgər vəziyyət kritik ana gəlib çatarsa, Azərbaycan tərəfi Türkiyənin tərəfini tutmaq zorunda qalacaq çünki bu Azərbaycan xalqının möqeyidir. Bu mövqeyə qarşı getmək Azərbaycan hakimiyyəti üçün xalqın mövqeyinə qarşı getmək anlamına gələr və ciddi problemlər doğurar.

Azərbaycan xarici siyasətinin yenidən yeni şərtlərə formalaşdırmağa gərək varmı, sualını cavablandıran mənbəbildirdi ki, hələ ki, bunun üçün zərurət yoxdur. Türkiyə ilə İsrail arasında münasibətlər hələ ki, belə bir vəziyyəti zəruri etmir.

  • Yazılıb
  • da (də) 2011 Oct 26