Tarix : 2011 Oct 27
Kod 26217

Kürdlərə YAP üzvündən dəstək

Xeyrəddin Qoca: ''Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq''
well/Aran agentliyi

 

Xeyrəddin Qoca: "Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın İstambuldakı keçmiş konsulu hakim Azərbaycan partiyası olan YAP-ın tanınmış simalarından biri Xeyrəddin Qoca ANS ÇM radiosunun canlı efirində şok açıqlamaların müəllifi olub.

İki gün əvvəl yayımlanan verilişdə X.Qoca Türkiyədə baş verən terror aktları barədə danışıb. O baş verənlərdən məyusluğunu ifadə etməklə yanaşı kürdlərin dövlət qurmalı olduğunu deyib.

Yazıçı bildirib ki, kürdlər də bir xalqdır və onların gec-tez dövləti olacaq: «Dövlət qurulmalıdır və qurulacaq. Amman nə zaman bilmirəm. Bəlkə də bu proses 100 il çəkəcək».

Xatırladaq ki, Türkiyədə baş verən terror aktı nəticəsində 26 türk əsgərini öldürüldükdən sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı geniş miqyaslı əməliyyat keçirib. Hazırda İraqın şimalında əməliyyatlar davam etdirilir, PKK-nın sığınacaqları dağıdılır.

X.Qoca verilişdə növbəti çıxışında isə Azərbaycanda yol polisini kəskin tənqid edib: «Yol polisində çalışanların 80 faizi mədəniyyətdən uzaq şəxslərdir».

  • Yazılıb
  • da (də) 2011 Oct 27