Tarix : 2011 Oct 27
Kod 26222

Aqil Səmədbəyli: “Hələ də Azərbaycan xalqı öz sərvətlərindən

Müstəqilliyin 20 illiyi ərəfəsində müstəqillik aktına imza atmış istiqlalçı millət vəkillərinin həmçinin müxtəlif ictimai-siyasi xadimlərin ...
well/Aran agentliyi

 

Müstəqilliyin 20 illiyi ərəfəsində müstəqillik aktına imza atmış istiqlalçı millət vəkillərinin həmçinin müxtəlif ictimai-siyasi xadimlərin müstəqilliklə bağlı fikirlərini öyrənməyimiz davam edir.
Aqil Səmədbəyli: “Hələ də Azərbaycan xalqı öz sərvətlərindən məhrumdur”
Xalqımızı Azərbaycanın müstəqilliyinin bərpa olmasının 20-ci il dönümü münasibəti ilə təbrik edirəm və bu gündə təbii ki, biz 1-ci növbədə Azərbaycanın milli azadlıq hərəkati lideri, bizim müstəqilliyimizin memari Əbülfəz Elçibəyi və eyni zamanda müstəqilliyimizin birinci memarı Məhəmməd Əmin Rəsulzadəni, həmçinin bütün şəhidlərimizi sayqıyla anırıq, onlara Tanrıdan rəhmət diləyirik.
Azərbaycanın müstəqilliyinin bərpasının üzərindən 20 il keçir . Geri baxanda o mübarizə dönəmini gözümüzün qabağına gətirdikdə bir şeyə təəssüf edirik ki, bu gün azərbaycanda hələ bizim istədiyimiz normal cəmiyyət qurulmayıb .Hələ də Azərbaycan xalqı öz sərvətlərindən məhrumdur. Sadəcə bir qrup sərvəti talamaq və Azərbaycan xalqına yuxarıdan aşağı baxmaqla məşguldurlar. Və bu gün azərbaycanın güneyində də azadliq mübarizəsi gedir. Mən oradaki soydaşlarımızında yaxın zamanlarda müstəqillik əldə edəcəyinə inaniram və Əbülfəz Elçibəyin dediyi bütöv Azərbaycanın gərçəkləşəcəyinə inaniram və bu istiqamətdə mübarizə aparan qardaş və bacılarımıza uğurlar diləyirəm.

  • Yazılıb
  • da (də) 2011 Oct 27