Azadxeber saytı Azərbaycan Respublikasının Russiada icbari mühacirətdə yaşayan talışların yaratdığı ''Talış '' saytına istinadən yazır
well/Aran agentliyi
Azadxeber saytı Azərbaycan Respublikasının Russiada icbari mühacirətdə yaşayan talışların yaratdığı "Talış " saytına istinadən yazır : "20 ildir ki, Azərbaycan Respublikasında olan rejim "talışdan separatçı düzəltmək" ətrafında dönmədən təbliğat aparır, talışın bir millət olaraq özünü tanımasını, öz tarixinə, dilinə, mədəniyyətinə yiyə durmaq istəyini "separatçılıq" kimi təqdim edir."
Talış saytı əlavə edib : "MTN"-nin böyük bir bölümü bu istiqmətdə gecə-gündüz ağlasığmaz şeylər uydurur. Xalqımızın ziyalıları barədə informasiya toplanılır, onlar nəzarətə götürülür, barələrində xususi dosyelər hazırlanır, xəfiyyə sistemi tərəfindən izlənilir, telefonları dinlənilir, vətəndən didərgin salınır, həbsxanalara salınaraq olmazın işgəncələrə məruz qoyulur, öldürülür, həmtanışlar bir-biriləri barədə danos verməyə, bir-birilərinin üzünə durmağa məcbur edilir..., bir sözlə rəsmi Bakı kimsənin özünü talış hiss etmək istəyi ilə total müharibə aparır."
Talış saytı vurğulayıb : " Sirr deyil ki, bütün bunlar Azərbaycan uğrunda talışların dönmədən çalışması, özünün əti, qanı, əməyi ilə bütün sahələr üzrə Azərbaycana dönmədən töhfələr verməsi şəraitində baş verir.
Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ gündəmə gələn kimi talışlar məhz ilk sıralarda özlərini könüllü olaraq ön cəbhəyə atdılar. Bu gün Talışda elə bir hətta kənd qəbristanlığı yoxdur ki, oranı Qarabağ müharibəsinin şəhidi qəbri bəzəməsin. Bu gün onların başsiz qalmış ailələrinin əksəriyyətinin bir qarın çörək puluna möhtacı vardır. Və bundan da dəhşətlisi onların təsadüfən sağ qalmış döyüş yoldaşlarının sonralar uzun müddətə separatçılıq ittihamı ilə həbsxanalarda çəza çəkməsi və vətəndən didərgin düşmələrdir."