Tarix : 2011 Oct 27
Kod 26225

AİP sədri barəsində hökmdən apellyasiya şikayəti verilib

Azərbaycan İslam Partiyasının (AIP) sədri Hacı Mövsüm Səmədov və daha 6 nəfərin barəsində olan hökmdən apellyasiya şikayəti verilib
well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasının (AIP) sədri Hacı Mövsüm Səmədov və daha 6 nəfərin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Anar Qasımov apellyasiya şikayəti əsasında məhkəmə prosesinin vaxtının yaxın günlərdə məlum olacağını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.İttiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar.Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham elan olunublar.

APA

  • Yazılıb
  • da (də) 2011 Oct 27