well/Aran agentliyi
Dövlət başçısı çıxışlarında niyə məbləğləri manatla söyləmir?
Oktyabrın 24-də Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı “inkişaf”dan danışarkən məbləğləri dollarla ifadə etdi.
Bizə inanmayanlar rəsmi qəzetlərdə Ilham Əliyevin çıxışına diqqət edə bilərlər. Ilham Əliyevin “manat” sözünü dilinə gətirməməsinin səbəbini dəqiq deyə bilmərik. Amma olar bilər ki, o, məbləğlərin daha böyük görsənməsi üçün “dollar”dan istifadə edib. Ya da mümkündür ki, neft pullarının dollar şəklində ölkəyə daxil olması Ilham Əliyevin ABŞ-ın valyutasına sevgisini artırıb.
Hər halda ölkənin rəhbəri olan, üstəgəl vətənpərvərliyi əldə bayraq edən bir şəxs çıxışlarında milli valyutaya ögey münasibət göstərməməlidir.
Azadlıq