Tarix : 2011 Oct 28
Kod 26236

AİP meriyadan təzminat istəyir

Sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam Partiyası (AİP) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
well/Aran agentliyi

 

Partiyanın mətbuat xidmətinin rəhbəri Cavid Cabbarlı  açıqlamasında deyib ki, etiraz aksiyasını sanksiyalaşdırması üçün meriyaya müraciət edən təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov adından şikayət ərizəsi oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib.

İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyanın üzərinə aksiya üçün münasib yerin ayrılması öhdəliyi qoyulması istənilir.Ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti AİP-in paytaxtda keçirmək istədiyi mitinqə yer ayırmaqdan imtina edib.

AİP aksiyanı oktyabrın 22-də keçirmək istəyirdi. Mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narazılıq ifadə etmək, ölkədə islamofobiya hallarının qarşısı alınması, məhbus partiya rəhbərləri və ruhanilərin azadlığa buraxılması tələblərini səsləndirmək nəzərdə tutulurdu.

"Media forum"

  • Yazılıb
  • da (də) 2011 Oct 28