AİP sədri barədəki hökmdən apellyasiya şikayəti əsasında məhkəmə prosesinin vaxtı yaxın günlərdə məlum olacaq
well/Aran agentliyi
"Arannews"-in Azərbaycan mediasına istinadla verdiyi məlumata əsasən, AİP sədrinin və bu partiyanın digər üzvlərinin vəkili Anar Qasımov jurnlistlərlə müsahibəsində bildirdi: "Azərbaycan İslam Partiyasının (AIP) sədri Hacı Mövsüm Səmədov və digər ruhanilərin barəsində olan hökmdən apellyasiya şikayəti verilib və məhkəmə prosesinin vaxtı yaxın günlərdə məlum olacaq".
Bu xəbərə əsasən, AİP sədri və bu partiyanın bir neçə ruhani üzvü bir müddət öncə təhsil ocaqlarında hicab qadağasına etiraz etdikləri üçün 11-12 il həbs cəzasına məhkum olublar. Bu hökm Azərbaycan və region ölkələrində geniş etirazla qarşılanıb. Belə ki, Türkiyədə "Hicab Məhbusları Azadlıq Karvanı" artıq formalaşmaqdadır. İranda, xüsusilə Təbrizdə də Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyaları və Təbriz məscidlərində Bakı dövlətinin islamofobiya siyasətlərini məhkum edən silsiləli görüşlər təşkil edilməsi kimi xüsusi proqramlar keçirilir.
Bu şəraitdə yada salmalı məsələ budur ki, AİP sədri və bu partiyanın bir neçə ruhani üzvü barəsində hökmdən apellyasiya şikayəti əsasında məhkəməsinin keçirilməsi Bakı dövlətinin öz keçmiş səhvlərini düzəltməsi və müsəlmanların dini hissləri ilə bundan artıq oynamaması üçün yeni bir fürsətdir.