Dünən ''Gen'' MMC şirkəti tərəfindən aldadılan və pulunu ödədikləri mənzilləri ala bilməyən zərərçəkənlər Prezident Administrasiyası qarşısında növbəti aksiyalarını keçirdilər
well/Aran agentliyi
Dünən "Gen" MMC şirkəti tərəfindən aldadılan və pulunu ödədikləri mənzilləri ala bilməyən zərərçəkənlər Prezident Administrasiyası qarşısında növbəti aksiyalarını keçirdilər.
Təxminən 100-ə yaxın zərərçəkən Filormoniya bağında toplaşdı. Daha sonra zərərçəkən vətəndaşlar əllərindəki müxtəlif plakat və transparantlarla Prezident Administrasiyasına yürüş etdilər. Lakin Səbayel polisi İlham Əliyevin şəkilləri ilə administrasiyaya yürüş edən vətəndaşlara polis olduqca sərt müdaxilə etdi və aksiyanı dağıtmağa başladı.