İranın xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların məsələləri üzrə müavini islamçıların, İslam ölkələrində keçirilən seçkilərin qalibi adlandırıb
well/Aran agentliyi
İranın xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların məsələləri üzrə müavini islamçıların, İslam ölkələrində keçirilən seçkilərin qalibi adlandırıb.
Həsən Qəşqavi Tunisdəki seçkilərin nəticələrinə işarə edərək deyib: Tunisdəki seçkilərin nəticəsi İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları "hər bir islam ölkəsində seçkilər keçirildiyi zaman islamçılar səslərin əksəriyyətini əldə edəcəklər" cümələrinin təsdiqidir.
Qəşqavi Tunis xalqının seçkilərdəki 90 faizlik iştirakları və bu seçkilərin region dəyişikliklərinə təsiri haqda da deyib: Tunis seçkiləri mühüm seçkilər idi və hətta beynəlxalq nəzarətçilər də seçkilərin bütün mərhələrini təsdiq etdilər.
Tunis xalqı bazar günü oktyabrın 23-də bu ölkənin devrilmiş diktatoru Zeynəlabidin Bin Əlinin süqutundan sonra 11 min namizəd arasında təsisçilər məclisinin 217 millət vəkilini seçmək üçün səs verdilər.
Tunisdə ilk demokratik seçkilərin ilkin nəticələrinə əsasən islamçı Əl-Nehzə partiyası səslərin iştirakını əldə edibdir.