Azərbaycan Respublikası və Türkiyənin nazirlər heyətinin ilk müştərək iclası ötən gün Türkiyənin İzmir şəhərində keçirildi
well/Aran agentliyi
Azərbaycan Respublikası və Türkiyənin nazirlər heyətinin ilk müştərək iclası ötən gün Türkiyənin İzmir şəhərində keçirildi.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu müştərək iclasda, habelə İzmirdə Petkim Neftayırma Zavodunun təməlqoyma mərasimində iştirak məqsədilə ötən gün Türkiyəyə səfər edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevi İzmir hava limanında qarşılayıb. Müdafiə, sənaye və enerji, informasiya texnologiyaları və ailə məsələləri üzrə nazirlər və bir çox yüksək səviyyəli rəsmilər Azərbaycan Respublikası prezidentini bu səfərdə müşayiət ediblər.
Azərbaycan Respublikası və Türkiyənin nazirlər heyətinin ilk iclasına İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başçılıq ediblər.
Bu iclas Azərbaycan Respublikası və Türkiyənin strateji əməkdaşlıqlar ali şurasının müqaviləsi çərçivəsində keçirilib. Əliyev və Ərdoğan habelə İzmirdə Petkim yarımadasında neft emalı zavodunun təməlqoyma mərasimində də iştirak ediblər.
Bu neft emalı zavodu "ARDNŞ-Turgas" adlanan Azərbaycan-Türkiyə şirkəti tərəfindən İzmirdə Əliağa qəsəbəsində inşa olunacaq və 5 milyard dollar vəsait xərclənəcəyi hesablanıb. Bu proyektin inşa olunması əslində Türkiyədə ən böyük özəl investisiya hesab olunur. Bu proyektin həcmi ildə 10 milyon tondur.
Türkiyə hökuməti bu proyektin kənarında bir texniki və neft-kimya təlim müəssisəsi də yaratmaq istəyir.
Türkiyə mediaları öz məlumatlarında bildiriblər ki, obyektin tikintisi zamanı bu ölkə əhalisi üçün 10 min iş yeri yaradacaq və müəssisə işə düşdükdən sonra 1000 fəhlə və mütəxəssis qüvvə bu zavodda daimi işlə təmin olunacaqdır.
Petkim neft emalı zavodu 2015-ci ildə istifadəyə verilməlidir.
Azərbaycan Respublikasında işsizlik vəziyyətini nəzərə alan müşahidəçilər Türkiyədə müştərək neft emalı zavodunun tikilməsini Azərbaycan Respublikası xalqının mənafeyinə zidd hesab edirlər.
Bundan əlavə neft, qaz və neft-kimya emalı zavodlarının inşa olunmasında iqtisadi əsaslandırmalara ehtiyaclı olan layihələrdə zavodların inşa olunacaq məkan yüksək əhəmiyyət kəsb edir.
Əslində neft və qaz ehtiyatına malik Azərbaycan Respublikası bu imkana sahibdir. Belə ki, neft yataqları olan Bakıda və Azərbaycan Respublikasının sahil rayonlarında neft-kimya emalı zavodlarını yaratmaqla bu ölkənin hazırkı problemlərinin bir hissəsini, xüsusilə də gənclərin işlə təmin olunması məsələsini həll etmək mümkündür. Bununla belə, rəsmi Bakı Türkiyədə investisiyaya kömək etməklə azərbaycanlı işsiz gənclərin problemlərini həll etmək əvəzinə türk gənclərinin problemlərini həll etməyə səy göstərmişdir.
Qeyd etmək lazımdır ki, Türkiyə ilə müqayisədə Azərbaycan Respublikasında neftayırma zavodunun inşasında investisiyanın yatırılması yüksək iqtisadi əsaslandırmaya malikidir.
Görünür İlham Əliyev hökumətinin rəsmiləri var-qüvvələrindən istifadə edirlər ki, Türkiyədə iqtisadi problemlərin həlli və yatırıma kömək etmək bəhanəsi ilə bu ölkəni Azərbaycan Respublikası üçün daimi dəstəyə çevirsinlər.
Türkiyənin Mərkəzi Asiya və Qafqazda nüfuz etmək üçün uzunmüddətli proqramlar tədarük görən ölkələrdən biri olduğunu diqqətdən qaçırmamaq lazımdır.
Elə buna görə də, bu bölgədəki respublikalarla iqtisadi və ticarət münasibətlərini genişləndirməyi öz gündəminə salıb.
Mərkəzi Asiya və Qafqaz respublikaları arasında Azərbaycan Respublikası Türkiyə üçün önəmli əhəmiyyət kəsb edir. Elə buna görə də türklər Azərbaycan Respublikasını cəlb etmək və Cənubi Qafqazda yerləşən bu ölkə ilə daimi əməkdaşlıq üçün var-qüvvəsindən istifadə edirlər.
Misal üçün Əbülfəz Elçibəy hökumətinin dağılması və Heydər Əliyev hökumətinin formalaşdığı 1993-cü ildə Türkiyəni bu proseslərin əsas səbəbkarı hesab edən rəsmi Ankara Türkiyənin hərbi attaşesi Rövşən Cavadovun başçılıq etdiyi çevrilişi planlaşdırmaqla Heydər Əliyev hökuməti ilə müharibə yaratdı.
Türkiyə bu macərada bir tərəfin yanında olmadı. Lakin Bakı Heydər Əliyevdən sonra bu həqiqəti anladı ki, daxili, xarici və regional siyasətdə Türkiyəni nəzərdən qaçıra bilməz.