Digər ölkələrin Ermənistanla münasibətlərinə həmişə etiraz edən Azərbaycan Respublikası ötən həftələrdə Ermənistanla münasibətlərini artırıb
well/Aran agentliyi
Digər ölkələrin Ermənistanla münasibətlərinə həmişə etiraz edən Azərbaycan Respublikası ötən həftələrdə Ermənistanla münasibətlərini artırıb.
Azərbaycan Respublikası daxili işlər nazirinin MDB dövlətlərinin daxili işlər nazirlərinin iclasında iştirak üçün Ermənistana səfərindən az müddət sonra bu dəfə Bakı Ermənistanın mili təhlükəsizlik nazirinin müavininə ev sahibliyi edib.
Ermənistanın Milli Təhlükəsizlik Təşkilatının sədr əvəzedicisi Romik Arotoniyanın başçılıq etdiyi nümayəndə heyəti MDB dövlətlərinin informasiya orqanları şurasının iclasında iştirak etmək məqsədilə 26 oktyabrdan Bakıdadır.
Qarabağ Azadlıq Təşkilatı QAT bundan öncə bəyanat verərək Ermənistan Milli Təhlükəsizlik Təşkilatının sədr əvəzedicisi Romik Arutunyanın başçılığı ilə erməni nümayəndə heyətin Bakıya səfərini pisləmişdi.
QAT Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarından istəyib ki, erməni separatçılarının Azərbaycan Respublikası torpağına ayaq basmalarına icazə verməsinlər.
Bakı polisi QAT sədri Akif Nağını çağırtdıraraq ona xəbərdarlıq edib ki, erməni heyətlərin Bakıya səfər etmələrinə etiraz etməyə haqqı yoxdur.
Ötən 20 il ərzində Azərbaycan Respublikasının media və rəsmiləri İran və Ermənistanın adi qonşuluq münasibətlərini şişirdərək Tehranı Ermənistanı dəstəkləməkdə ittiham ediblər. Lakin hazırda Azərbaycan Respublikası torpağının 20%-in öz işğalı altında saxlayan Ermənistan rəsmilərinə Bakıda ev sahibliyi edir.
Siyasi müşahidəçilərin qənaətincə, İrana qarşı təbliğat aparmaq və erməni heyətlərə evsahibliyi etməsi üçün rəsmi Bakıya göstəriş bir mərkəzdən verilir.
Deyilənlərə görə Azərbaycan Respublikasının daxili işlər nazirinin Ermənistan səfəri çərçivəsində erməni tərəfi Azərbaycan Respublikası daxili işlər nazirinin qarşısında Dağlıq Qarabağın Ermənistana aid olması məzmunlu musiqi icra edib