Bizim şəhidlərimiz imam Hüseyn (ə) məktəbində tərbiyə almış anaların qucağında böyüyüblər və özləri rəşid övladlarının tərbiyəsinə hümmət ediblər
well/Aran agentliyi
Bizim şəhidlərimiz imam Hüseyn (ə) məktəbində tərbiyə almış anaların qucağında böyüyüblər və özləri rəşid övladlarının tərbiyəsinə hümmət ediblər.
Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi dedi: "Bizim şəhidlərimiz imam Hüseyn (ə) məktəbində tərbiyə almış anaların qucağında böyüyüblər və özləri rəşid övladlarının tərbiyəsinə hümmət ediblər".
Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində bildirdi: "Biz bütün heysiyyət, şərəf və azadlığımızı Məhərrəm və Səfər aylarına borcluyuq.
Seyid Həsən Amili xütbəsinin digər bir hissəsində Azərbaycanlı hacıların İran və İraqın müxtəlif şəhərlərindən keçməsinə işarə edərək dedi: "Ərdəbil əyalətinin camaatı və məsulları AR-sı hacılarını çox gözəl qarşıladılar və Ərdəbil ostandarının bu mərasimdə iştirakı təqdirə layiqdir".
Ərdəbilin imam cüməsi artırdı: "Biz həzrət Əlinin (ə) şiələri olaraq gərək yaxşı qarşılayan və ləyaqətli yola salan olaq. Azərbaycan Respublikası rəhbərlərindən də intizarımız budur ki, bu ölkədən həccə getmək istəyənlər üçün daha çox şərait yaratsınlar və azərbaycanlı hacıların sayı 2000-dən daha çox olsun".
İmam cümə azərbaycanlı zəvvarların müsəlman ziyarətgahları barədəki mədəniyyət və gözəl xüsusiyyətlərinə işarə edərək dedi: "Onların etiqadı budur ki, ziyarət sahibinin hörmətini saxlamaq lazımdır. Ona görə də onlar Məşhəd, ətəbati-aliyat və Məkkə ziyarətlərindən sonra günah və harama mürtəkib olmamağa çalışırlar".
Seyid Həsən Amili cümə namazının xütbələrinin sonunda fitrəti insanın mərifət mənbəsi sayaraq, dedi: "İnsan mərifətlə həqiqi yüksəliş əldə etmişdir və bunun sayəsində yaxşılıq və pisliyi, məruf və münkəri bir-birindən ayırd edə bilir. Bu da cəhldən uzaq olmaq və şeytana qələbə çalmaq üçün ən böyük əsasdır".