Bir gün eşitsəm və ya şahidi olsam ki, Bakı küçələrində, günün günorta çağı kütləvi şəkildə Quran yandırılıb, hicablı qızlar......... təəcüblənməyəcəyəm
well/Aran agentliyi
Dərs ilinin hicab qadağası ilə başlanacağını proqnozlaşdırmışdım. Xatırlayırsızsa, hicabın azadlığı naminə hacı Mövsüm Səmədov (Azərbaycan həbsxanalardakı vəziyyəti nəzərə alsaq) həyatını fəda etdi.
Bir neçə mitinqlər keçirildi, Əliyev hakimiyyəti bu mitinqlərdə iştirak edən hicablı qadınları fahişə adlandıraraq dəyənəklərlə döydü, kişiləri qanına qəltan edib həbsə atdı, Quran kitabını BİLƏRƏKDƏN, QƏSDƏN küçənin ortasında tapdaladı (daha bundan sonra Quranı yandıran amerikalı keşiş Terri Cons özünə partnyor axtarmaqda çətinlik çəkməyə bilər), saxladıqları mitinqçi dindarların cibinə, evinə narkotik və silah sursat atıb şərləyərək, həbsxana və təcridxanalarda müxtəlif işgəncələrə məruz qoydu.
Sonra DEVAMM sədri İlqar İbrahim oğlu qısa bir müddətə hicab və hicab məhbuslarının azad olmaları üçün Prezident Əliyevə ünvanlanacaq müraciətdə yüz minlik imza kampaniyasını başladı və bitirdi.
Dərs ilinin başlamasına iki gün qalmış ABŞ Dövlət Departamentinin yayılan hesabatında Azərbaycanda dini etiqad azadlığı tənqid olunduğu üçün romantiklər gecə ili hicab qadağasının aradan qaldıracağına inandı, ümidləndi və sentyabrın 15-i gəlmədən dərin depresiv məyusluq hisslərinin iztirablarını yaşamaq məcburiyyətində qaldı. Çünki, Hesabat dərc olunduğu gün Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı mətbuatda verdiyi açıqlamada bildirib : “Yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmayacaq. Bu dərs ilindən etibarən vahid məktəbli geyimləri bütün siniflərə tətbiq olunacaq, istisna hal kimi məktəbli geyimini əldə edə bilməyənlərə Oktyabrın birinə qədər güzəşt ediləcək.
Həmin gündən sonra isə güzəşt olmayacaq. Hər kəs Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Hicab mövzüsu artıq qapanıb.
Hicab mövzüsunun yenidən gündəmə gəlməsini arzulamırıq, çünki mövqeyimiz dəyişməyəcək. Vahid məktəbli forması hər kəsə, bütün ictimaiyyətə bəllidir”.
Bundan sonra bu solğun romantik adamları mən həmin gün görüb söhbət edəndə, onların məlum şikayətlərini dinləyəndə, gəldiyim qənaət, Şeytanla mübarizə üsulunun doğru seçilməsinin vacibliyinə diqqət yetirməkdən ibarət olur.
Həqiqətən ya effektiv reseptin ixtirasına ehtiyac var (bu ixtiranın baş verəcəyinə dərin şübhə ilə yanaşıram), ya da azad insan olub səadətə çatmaq üçün İmam Hüseyn yolundan fərqli bir istiqamətin olmamasına bir daha əmin oluram. Nə isə, Dövlət Departamentinin hesabatından sonra nə qədər KİV-ni izlədim, baxdım bəlkə bir münasibətə rast gələrəm və ya birdən hakimiyyətdəkilər möcüzə nəticəsində hidayət olarlar, bir neçə teoloq və filosoflar istisna olmaqla gördüm ” Dövlət Departamentinin hesabatından sonra nə qədər KİV-ni izlədim, baxdım bəlkə bir münasibətə rast gələrəm və ya birdən hakimiyyətdəkilər möcüzə nəticəsində hidayət olarlar, bir neçə teoloq və filosoflar istisna olmaqla gördüm yox hamı susub. “ yox hamı susub.
Filosoflar kimi də teoloqların qənaətincə dini ekstremizmin, radikallığın qarşısını heç də vətəndaş azadlıqlarının məhdudlaşdırması ilə almaq mümkün deyil. Əksər hallarda rəsmilər və ekspertlər dini camilərə və sektora kənar təsirlər, xarici dövlətlərdən müdaxilələrin olduğunu iddia edirlər. Bu inkar olunmur.
Qloballaşan dünyada hər bir konyuqasiya prosesinin istiqamətləri, ABŞ-ın arzuladığı və tələb etdiyi kimi mövcud olmaq məcburiyyətində deyil. Buna görə Azərbaycana vəhşi cowboy mədəniyyətindən, yırtıcılığa və zorakılığa istinadlanan ərəb və kürd mentalitetinin təzahüründən tutmuş ta “Community successor of Lucifer” icmasına qədər hər kəs və hər şey gələ bilir.
Eləcə də istedadlı gənc azərbaycanlılar KÜTLƏVİ surətdə Azərbaycanı həmişəlik tərk edib Avropa və ABŞ-a üz tuturlar. Rusiyada yaşayan azərbaycanlılar belə övladlarını qərbə əmanət edirlər. Madam hər şey gəlib gedə bilir, deməli missionerlər də gəlib gedə biləcəyi sirr olmamalıdır.
Heç sözsüz kənar dövlətlər dindən öz siyasi məqsədləri üçün istifadə edə bilər, hətta hansı sa hakimiyyətlər belə öz mənafeləri üçün istifadə edə bilər və bunlar hamısı gözlənilən və normalıdır. Bunun qarşılığında Azərbaycan hakimiyyəti insanların təbii və konstitusion hüquqlarını pozan dini qadağaları tətbiq etməklə xarici təsirlərdən özünü sığortalayır yoxsa yox ?
bu suala hakimiyyət ya cavab tapmaq istəmir, ya da səhv cavab tapıb. Ölkə daxilində din təbliğinə normal şəraitə imkan verilmirsə, haqq axtarışında olan imanlı insanlar xarici mənbələrə üz tutmaq məcburiyyətində qalır.
Xarici rühani alimlər də dini qadağaları, Azərbaycan hakimiyyətini Şeytana köləlik edib Allahla açıq aşkar müharibə aparmasını, bundan isə sadə və məzlum əhalinin əziyyət və zülm çəkməsini görüb öz mövqelərini bildirirlər. Dərhal da rəsmi şəxslər ruhanilərin mövqelərini Ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirirlər.
Dini camilərdə xütbə deyən, auditoriya idarə edən yerli ruhanilər bir çox hallarda bu qadağalarla bağlı suallara ya cavab verə bilmir, ya da obyektiv cavab verdikdə ömrünün qalan hissəsini həbsxanada işgəncəyə məruz qalmaqla keçirir. Bəli ruhanilər belə bir qənatə gəliblər ki, hicabın qadağası məhz azadlıqların məhdudlaşdırılmasıdır. Bu isə dinin silinməsini şərtləndirməyəcək.
Bəlkə də dini radikalizmin inkişafı üçün zəmin meydana gətirəcək. Onlar buna misal olaraq ən çox Stalinizmi göstərirlər. Amma müharibə zamanı Stalin dinə qismən də olsa azadlıq verdi.
Ötən yazımda yazmışdım ki, Bakı Əyləncə Mərkəzində “Successors of Lucifer” dini icmasının Azərbaycanda nümayəndəliyinin açılışı keçirildi və bu tədbirdə vəzifəli adamlar həyat yoldaşları ilə birlikdə iştirak ediblər. Amma onların arasında hicab düşməni Zəminə Əliqızı olmayıb, başqaları olub. Deməli hələ belə tədbirdə iştirak etməyən Zəminə Əliqızıdan hicab qadağasının müdafiəsini gözləyiriksə, gör “Şeytan Davamçıları” icmasının nümayəndələrindən daha nələr gözləyəcəyik. Bir gün eşitsəm və ya şahidi olsam ki, Bakı küçələrində, günün günorta çağı kütləvi şəkildə Quran yandırılıb, hicablı qızları zorlayırlar təəcüblənməyəcəyəm.
İslamtimes - Julian Assange