Bəzi gözə görünməz qüvvələr xalqa Erməniləri əslində düşmən yox , dost olduqlarını zorla yeritmək istəyirlər
well/Aran agentliyi
Qarabağ kimi torpaqlarımız getdi Erməniyə, cənab Nazir heç olmasa siz getməyəydiniz
Satılmış torpaqlarımız kimi , həmçinində satılmış yüksək çinli məmurlarımız olduğunu xalqımız artıq çox gözəl şəkildə başa düşür. Bu yaxınlarda Daxili İşlər Naziri Ramil Usubovun 20-25 % torpaqlarımızı işğal edən Ermənistana səfəri xalq tərəfindən böyük narazıçılığa səbəb doğurdu. MDB iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri şurasının iclasında iştirak etmək üçün, Daxili İşlər Nazirimiz Ermənistana səfər edib.
Belə ki, bəzi gözə görünməz qüvvələr xalqa Erməniləri ” Siyasəti bir tərəfə qoyaq,bəs bizim tapdanan namusumuz,erməni zəbtində olan torpaqlarımız, Qarabağ uğrunda qanı tökülən şəhidlərimizi heç nəzərə almadımı cənab Ramil Usubov?Bayrağımıza belə hörmətsiz yanaşdığına görə vətən oğlu Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı öldürdü. “ əslində düşmən yox , dost olduqlarını zorla yeritmək istəyirlər.
Elə bu yaxınlarda Bakı şəhərində keçirilən Boks üzrə böyüklər arasında Dünya çempionatında erməni boksçularda iştirak ediblər.Etiraz aksiyası keçirənlərdən isə bəzilərini cəzalandırıblar.Tək tərəfli siyasət aparan dövlətimizin başında duranlar Ermənistana səfərləri ilə bir daha xalqa xəyanət etdiklərini sübut edirlər.
Hər il xalqa Qarabağ məsələsinin həlli olacaq deyib yeraltı sərvətlərimizi, gələcək ehtiyaclarımızı xaricə satan məmurlar bir gün bunun hesabının sorulacağını bilirlər.Qarabağ işğal olunan zaman orada bizim minlərlə qadınlarımız ,analarımız ,bacılarımız ermənilər tərəfindən təcavüzə məruz qaldılar.Hələ indiyə kimi çoxlu sayda əsirlərimiz Ermənistanda saxlanılır.
Siyasəti bir tərəfə qoyaq,bəs bizim tapdanan namusumuz,erməni zəbtində olan torpaqlarımız, Qarabağ uğrunda qanı tökülən şəhidlərimizi heç nəzərə almadımı cənab Ramil Usubov?Bayrağımıza belə hörmətsiz yanaşdığına görə vətən oğlu Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı öldürdü.
Xocalı ” Xocalı rayonunda anadan olmuş Ramil Usubov nə tez “Xocalı Faciəsini “yadından çıxardı? Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. “ rayonunda anadan olmuş Ramil Usubov nə tez “Xocalı Faciəsini “yadından çıxardı? Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir.
Ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür.
Tarix boyu xalqa zülm edən, xalqı düşmənin ayağına gətirən dövlətin aparıcı qüvvələri bir gün süquta uğramış və lənətlənmişdirlər.Hal hazırda doğulduğu rayonu düşmən tapdağı altında olan Daxili İşlər Nazirimizin Ermənistandakı Daxili İşlər Nazirlərinin iclasında hansı məsələ haqqında, hansı üzlə söz söylədiyi maraqlıdır.
İSLAMTİMES - ƏLVAN HƏSƏNOV