Tarix : 2011 Oct 29
Kod 26261

NAXÇIVAN-TƏBRİZ-TEHRAN AVTOBUS MARŞRUTU AÇILIB

Azərbaycanın Naxçıvan Muxtar Respublikası (MR) və İran arasında sərnişin avtobusu marşrutu açılıb
well/Aran agentliyi

 

Bu barədə Naxçıvan MR-in Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.  
“2011-ci il oktyabrın 1-də Naxçıvan şəhər Nəqliyyat idarəsi və İranın “Didari Seyri Giti” nəqliyyat şirkəti arasında imzalanmış müqaviləyə əsasən, sərnişin avtobusları Naxçıvan-Təbriz-Tehran marşrutu üzrə işləyəcək. Marşrut Naxçıvandan, Culfadan, daha sonra İran ərazisi ilə Culfa, Təbriz, Miyanə, Zəncan, Seraye Takistan, Qəzvindən paytaxt Tehranadək və əks istiqamətdə keçir” – deyə, Nazirliyin mətbuat xidmətindən qeyd ediblər.  
Marşrutlarda uzaq məsafələrə sərnişin daşınması üçün nəzərdə tutulmuş “Mercedes”, “Daewoo”, “Temsa”, “Setra” markalı müasir avtobuslardan istifadə olunacaq.
“Hər gün hər istiqamətdən bir avtobus yola düşəcək. Biletlər Naxçıvan şəhərinin kassalarında və muxtar vilayətin rayon mərkəzlərində satılır. Naxçıvandan Təbrizə biletin qiyməti 5 manat, Zəncanadək 10 manat, Tehranadək 20 manatdır” – deyə, mətbuat xidmətindən bildiriblər.

  • Yazılıb
  • da (də) 2011 Oct 29