Tarix : 2011 Oct 30
Kod 26263

Sionistlər İrana qarşı baza yaradır

Sionist rejimin xəfiyyə organı “Mossad”a yaxın sayt “Debka” saytı məlumat verib ki, sionist rejim Azərbaycan Respublikasında İran İslam Respublikasının nüvə obyektlərini izləmək ...
well/Aran agentliyi

 

Sionist rejimin xəfiyyə organı “Mossad”a yaxın sayt “Debka” saytı məlumat verib ki, sionist rejim Azərbaycan Respublikasında İran İslam Respublikasının nüvə obyektlərini izləmək üçün baza açmaq istəyir; casus peyklərin alınması ilə bağlı sionist rejimlə rəsmi Bakı arasında danışıqlar gedir.

Sionist sayt yazır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi İsraillə son illərdə kifayət qədər sıx hərbi və iqtisadi əlaqələr quran bu ölkənin əhəmiyyətli olacağını göstərir.

Sayt bildirir ki, Azərbaycan Türkiyənin hərbi sənayesinə qarşı çağırış xarakterli addım ataraq İsraillə hərbi əməkdaşlığa üstünlük verir. Azərbaycan ordusu İsraildə istehsal edilən pilotsuz kəşfiyyat təyyarələri ilə sürətlə silahlanmaqdadır.

”Debka" saytı hərbi mənbələrə istinadən xəbər verir ki, yaxın iki ay ərzində sionist rejim Azərbaycan ordusuna daha 60 pilotsuz kəşfiyyat təyyarəsi satacaq.

Təyyarələrin əsas komponentlərinin 70 faizi İsraildə, qalan hissəsi Bakıda istehsal edilir.

Sayt yazır ki, Azərbaycanla İsrail arasında raket daşıya bilən pilotsuz kəşfiyyat təyyarələrinin alınmasına dair danışıqlar da gedir. Saytın istinad etdiyi anonim mənbələr bildirir ki, söhbət İsrailin “Elbit” şirkəti tərəfindən istehsal edilən “Hermes 450" pilotsuz kəşfiyyat təyyarələrindən gedir. ”Qərbin kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Təl-Əvivlə Bakı arasında İsrail istehsalı olan kəşfiyyat peyklərinin alınmasına dair danışıqlar da aparılmaqdadır.

Rəsmi Bakının sionist rejim tərəfindən bu kimi bahalı başa gələn silahlanması belə bir vaxta təsadüf edib ki, son vaxtlar İsrailin Türkiyəyə cavab olaraq Ermənistanla yaxınlıq etməyi bir qədər də güclənib. Beləki, sionist rejim və qərb dövlətlərinin maraqlarını əsas götürən rəsmi Bakı sionist rejimdən aldığı silah və hərbu cihazları Ermənilərə qarşı istifadə etmək iqtidarında hesab olunmur.

İsrailin hökumət çevrələrində gizli mənbələrə malik olan “İzRus” portalının yaydığı xəbərdə deyilir ki, bu ayın sonlarında, gələn ayın əvvəllərində İrəvandan Təl-Əvivə siyasi və strateji sahədə məsələləri müzakirə etmək səlahiyyətinə malik yüksək rütbəli rəsmi şəxs səfər edəcək.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 30