Tarix : 2011 Oct 30
Kod 26281

Azərbaycanda daha bir baş redaktor həbs olundu

Həmişə söz və ifadə azadlığından dəm vuran Azərbaycan hakimiyyəti daha bir jurnalisiti dəmir barmaqlıqlar arasına saldı
well/Aran agentliyi

 

Demokratik qanunların tələbləri ilə idarə olunduğunu iddia edən və bu barədə beynəlxalq qurumlar qarşısında bir sıra öhdəliklər götürən Azərbaycan hakimiyyəti ölkədə cərəyan edən qanunsuzluqları aradan qaldırmaq əvəzinə bu neqativ halları nəşr edən media rəhbərlərini cəzalandırmaqla çıxış yolu axtarır.

Hələ bir neçə ay bundan öncə “islamazeri” internet qəzetinin baş redaktoru Ramin Bayramovu həbs edərək ” Demokratik qanunların tələbləri ilə idarə olunduğunu iddia edən və bu barədə beynəlxalq qurumlar qarşısında bir sıra öhdəliklər götürən Azərbaycan hakimiyyəti ölkədə cərəyan edən qanunsuzluqları aradan qaldırmaq əvəzinə bu neqativ halları nəşr edən media rəhbərlərini cəzalandırmaqla çıxış yolu axtarır. “ ölkədə mövcud olan söz azadlığına məhdudiyyəti biruzə vermişdi. Lakin bununla kifayətlənməyərək bir neçə gün bundan öncə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını da həbsə saldı.

Aldığımız məlumatda bildirilir ki, baş redaktor redaksiyaya yaxınlaşan zaman iki nəfər naməlum şəxs tərəfindən saxlanılaraq aparılıb. Qeyd edək ki, “Xural” qəzeti Azərbaycanda real problemləri əks etdirən yazıların nəşr olunması ilə məşhur idi.

Xüsusi ilə xatırlatmaq lazımdır ki, bir müddət əvvəl qəzet Adolf Hitlerin “Mənim mübarizəm” adlı əsərinin tərcüməsini serial olaraq yayımlayırdı. Əsərdə müəllifin yəhudilər və sionizm əleyhinə xoş olmayan fikirləri yer tutduğundan buna etiraz edən Azərbaycan yəhudilərinin başçısı Semen İxilov qəzeti və xüsusi ilə də Əvəz Zeynallını məhkəməyə vermişdi. Buna səbəb isə Adolf hitlerin müəllifi olduğu bu kitabın Azərbaycan ictimaiyyətində yayımlanmasında Əvəz Zeynallının rolunun olması idi.

Beləliklə göründüyü kimi Azərbaycanda hər hansı bir yəhdudinin xətrinə dəyən bir jurnalist mütləq həbs olunur, rəhbərlik etdiyi redaksiyanın əmlakı müsadirə olunur.

Islamtimes

  • Yazılıb
  • da (də) 2011 Oct 30