Tarix : 2011 Oct 30
Kod 26284

İlham Əliyev üçüncü dəfə prezident olmaq istəyir

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürəcək
well/Aran agentliyi

 

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürəcək.

"Media forum" saytına açıqlamasında Əli Əhmədov deyib ki, "Azərbaycanda keçirilən referendumla bir şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Ölkə qanunvericiliyi fəaliyyətdə olan prezidentin üçüncü dəfə prezident seçkisində iştirak etməsinə imkan verir. Ona görə də dövlət başçısı İlham Əliyevin 2013-cü ildə üçüncü dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməsi üçün hüquqi əsaslar var".

Əli Əhmədov hesab edir ki, Azərbaycan cəmiyyəti, hər bir vətəndaş 2013-cü ildə İlham Əliyevin öz namizədliyini irəli sürməsini istəyir:

İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidenti, 2005-ci ildən YAP-ın sədridir. 2008-ci ildə o, ikinci dəfə prezident seçiləndən sonra, 2009-cu ildə Azərbaycanda konstitusiya referendumu keçirilib və bir nəfərin dalbadal iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa ləğv edilib.

2011-ci il oktyabrın 11-də "Əl-Cəzirə" televiziyasına müsahibəsində İlham Əliyev deyib ki, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməklə bağlı hələ qərar verməyib.

  • Yazılıb
  • da (də) 2011 Oct 30