Tarix : 2011 Oct 30
Kod 26285

Misir ilə İranın yaxınlaşması müsəlman aləmi üçün xeyirlidir

İslamı terrorda ittiham edənlər özləri terrorun yaradıcılarıdır
well/Aran agentliyi

 

Azadxeber.az saytının Türkiyə mediasına istinadən verdiyi vəbərə görə, Misirin müftisi cənab Əli Cümə "keçmişdən fərqli olaraq İran hökuməti ilə Misirin yaxınlığı, müsəlman dünyası üçün çox önəmli bir məsələdir" ifadəsini işlədib. Həmçinin o:"İslamı terrorda ittiham edənlər özləri terrorun yaradıcılarıdır. Bunun bariz nümunəsi sionist İsraildir. Fələstin müsəlmanlarının torpaqlarını həyasızcasına işğal edib. Fələstinlilər etiraz edəndədə, öz haqlarını tələb edəndədə onları öldürür və sonra deyir ki, terroristləri məhv etmişik" deyə İsrail əleyhinə fikirləri ilə də bölüşüb.

Müsəlman dünyasına məsləhət verən cənab Əli Cümə onu da vurğulayıb ki, "gərək müsəlmanlar məzhəbyönlü fitnələrdə diqqətli olsunlar və İslama zidd olan əməllərə yol verməsinlər. Məzhəblərarası söz-söhbət düşmənçiliyə səbəb olmamalıdır."

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 30