Tarix : 2011 Oct 30
Kod 26288

Türkiyədə azərbaycanlı haker həbs olunub

63 nəfərin hesabından 2 milyon türk lirəsi (təqribən 800 min dollar) oğurlayan internet şəbəkəsinin 14 üzvü yaxalanıb
well/Aran agentliyi

 

63 nəfərin hesabından 2 milyon türk lirəsi (təqribən 800 min dollar) oğurlayan internet şəbəkəsinin 14 üzvü yaxalanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, dəstənin üzvlərindən biri “Neco” ləqəbli Nicat Kərimov azərbaycanlıdır. O dəstə üzvlərilə birlikdə virus proqramı vasitəsilə internet bank şifrələrini ələ keçirməkdə ittiham olunur.

10 ay müddətində Türkiyə hüquq mühafizə orqanlarının təqibləri nəticəsində ələ keçən şəxslərin əməliyyat keçirdikləri yerdə çoxlu sayda elektron cihaz və saxta sənədlər aşkar olunub. Axtarış zamanı azərbaycanlı xaker ələ keçməsi üçün evində gizlətdiyi 2 ədəd noutbuku və 3 ədəd mobil telefonu ikinci mətrəbədən atıb.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri əvvəlcə mobil telefondan bank hesablarına troyan, keylogger və virus kimi zərərli proqramlar göndərərək internet bankdan istifadə edən şəxslərin müştəri nömrələrini və şifrələrini ələ keçirməyə nail olublar. Şəbəkənin şifrə oğurlanması, mobil telefona virus göndərilməsi əməliyyatları zamanı Hollandiya və Rusiyada olan cinayət ortaqlarından yardım aldıqları da məlum olub.

Qeyd edək ki, oğurlanan pullar əyləncə və qumara xərclənib.

Xatırladaq ki, N.Kərimov 2008-ci ildə “Karnaval” əməliyyatında iştirak etdiyinə görə də təqsirləndirilib. O, başqalarının hesabından çıxardığı pulları Rio karnavalına xərclədiyi üçün həbs olunmuşdu.

ANS PRESS

  • Yazılıb
  • da (də) 2011 Oct 30