Tarix : 2011 Oct 31
Kod 26309

Amerikanın İrana qarşı son ittihamları əsassızdır

Azərbaycan Respublikası İslam Partiyasının müvəqqəti sədri Amerikanın İrana qarşı son ssenarisini əsassız sayıb
well/Aran agentliyi

 

Azərbaycan Respublikası İslam Partiyasının müvəqqəti sədri Amerikanın İrana qarşı son ssenarisini əsassız sayıb.

İRNA xəbər verir : Elçin Manafov Ərəbistanın Vaşinqtondakı səfirinin İran tərəfindən terror edilməsi ssenarisini əsassız sayaraq Vaşinqtonun İrana qarşı bu iddiasını pisləyib və deyib : Dünyada terrorizmin ən böyük tərəfdarı sayılan Amerika öz maraqlarının qorunması məqsədilə dünyanın əksər ölkələrində terrorçu təşkilat formalaşdırır.

Müsahibəsinin digər hissəsində , Əfqanıstan və İraqın amerikalı qüvvələr tərəfindən işğal edilməsinə işarə edən Manafov , bu hərəkəti ən böyük terrorçu əməliyyat sayaraq deyib : Ağ Ev bir müddət bundan qabaqdan müxtəlif bəhanələrlə Ərəb ölkələrində baş alıb gedən hadisələri öz xeyrinə ixrac etməyə, xüsusilə də regionun digər ölkələrində özünün iştirakını genişləndirməyə zəmin yaratmağa çalışır.

Amerika hakimiyyəti son vaxtlar bir sıra əsassız iddiaları irəli sürməklə xüsusilə də ,bir sıra yalan və saxta məlumatlara istinad edərək bəzi İran vətəndaşları və ya iranlı qurumları Ərəbistanın Vaşinqtondakı səfirini terror etməkdə əlinin olmasında ittihamlandırıb.

  • Yazılıb
  • da (də) 2011 Oct 31