well/Aran agentliyi
HHQM MK-nın idarə heyətinin fövqəladə iclası keçirilib. Müdafiə Komitəsinin idarə heyəti üzvləri Azərbaycanda İslama qarşı növbəti təxribat, parlamentə göndərilən anti-din layihəni müzakirə ediblər.
İclasda çıxış edənlər icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasının dini qanunvericiliyin pozulması kimi dəyərləndirilməsini misli görülməmiş aksiya sayıblar.
MK ciddi müzakirələrdən sonra qərar çıxarıb ki, rüsvayçı layihənin mətni dərhal beynəlxalq hüquq təşkilatlarına göndərilsin və komitənin xüsusi qurupları bu bolşevik addımla mübarizə üçün müxtəlif ölkələrə ezam edilsin. Xüsusilə müsəlman ölkələrində Azərbaycan səfirliyinin qarşısında çoxmillətli aksiyaların keçirilməsi məsələsi müzakirə olunub. Yaxım günlərdə MK-nın fəaliyyət proqramlarının hazırlanması üçün komissiya yaradılıb.
Hicab.org