Bu gün Nərimanov Rayon Məhkəməsində ''Hicaba azadlıq'' aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun məhkəmə prosesi keçirilib
well/Aran agentliyi
Bu gün Nərimanov Rayon Məhkəməsində "Hicaba azadlıq" aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun məhkəmə prosesi keçirilib
Hakim Turqan Huseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ilkin olaraq, təqsirləndirlən şəxslər dindiriliblər. Bu barədə FaktXeber.com-a təqsirləndirilən şəxslərin vəkili Anar Qasımlı məlumat verib.
"Biz ilkin olaraq hakimə öz etirazımızı bildirdik. Turqay Hüseynov hüquqlarını müdafiə etdiyim Taleh Bağırova 15 sutka inzibati həbs cəzası çıxaran hakimdir. Onun hüquqlarını müdafiə etdiyim şəxsə bəraət vermək imkanı yoxdur. Çünki bu hakim artıq bu iş üzrə Taleh Bağırovu təqsirli bilib. Lakin uzun məhkəmə fasiləsindən sonra bizim etirazımız qəbul olunmadı."
Hər iki şəxs Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunurlar.
Qeyd edək ki, Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasına görə tutulanlardan indiyə qədər 9 nəfər haqqında məhkəmə hökmü oxunub. Digər 4 hicab məhbusu isə bunlardır: Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərov. Bu adamlarla bağlı proses oktyabrın 31-də davam edəcək. İşə Nərimanov Rayon Məhkəməsinin hakim Arif İsmayılovun sədrliyi ilə baxılır.