Tarix : 2011 Nov 01
Kod 26330

“Təkcə hicab, hicab məhbuslarının azadlığı üzərində dayanmayaq”

Təkcə hicab, hicab məhbuslarının azadlığı üzərində dayanmayaq. Bu ümumi bir hərəkatdır
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında cərəyan edən islamafobiyanı pisləyən və islami müqavimətin vacib olduğunu bildirən Ayətullah Təhriri vurğulayıb : "Təkcə hicab, hicab məhbuslarının azadlığı üzərində dayanmayaq. Bu ümumi bir hərəkatdır."

Azərbaycanda İslam oyanışı və islamafobiyaya həsr edilmiş konfransda çıxış edən Ayətullah Təhriri deyib : " Şəhid Mütəhhəri Lenin və Stalinin dinə qarşı dolayı mübarizə taktikasına üstünlük verdiyini yazır. Açıq müdaxilədə dindarlar isibdadı asanlıqla məhv edər. Dolayı müdaxilə bəzən dini şüarlar altında həyata keçir. İran şahı, Misir prezidenti, Liviya başçısının aqibətini gördünüz. Bizim vəzifəmizdir ki, gözümüzü açıb baxaq. İslamın nidasını dinləsək istənilən bir şəraitdə həqiqi həyata çatmışıq."

Ayətullah Təhriri əlavə edib : " Ümid edirik ki, dostlar bu hərəkatı davam etdirəcək. Bu bir millətin yox, bəşəriyyətin vəzifəsidir. Bir ölkədə qiyam baş verəndə o biri müsəlman ölkələrinin də vəzifəsi var. İslam dalğası hər yerə təsir göstərir. Düşünməyin toplaşdığımız bu kiçik guşə təsirsizdir... Bu hərəkatı vəzifə sayaraq davam etdirənlər bilsinlər ki, qarşı tərəf nigarandır və bu etirazlar onu movzuya yenidən baxmağa vadar edəcək. "

Ayətullah Təhriri vurğulayıb : " Allah qələbə vəd edib. İran İslam Cümhuriyyətinin banisi İmam Xomeyni və onun yolunun davamçısı Böyük Rəhbərlik Məqamından öyrənək. Təkcə hicab, hicab məhbuslarının azadlığı üzərində dayanmayaq. Bu ümumi bir hərəkatdır. Müsəlman ölkəsini İsrailin ağuşuna verirlər. İslam hərəkatı ümumidir və onun gedişi sizdən asılıdır."

  • Yazılıb
  • da (də) 2011 Nov 01