Tarix : 2011 Nov 01
Kod 26332

Ermənilərin yeni həyasızlığı

''Azərbaycanlılar Naxçıvandakı Erməni qəbirstanlıqlarını Erməni mədəniyyətini darmadağın ediblər
well/Aran agentliyi

 

 

"Azərbaycanlılar Naxçıvandakı Erməni qəbirstanlıqlarını Erməni mədəniyyətini darmadağın ediblər. Amma bu vandallıq hərəkətinə görə onları heç kəs təqsirli bilmir."

Azadxeber.az saytının işğalçı Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Erməni deputatı Karene Açemyan Yuneskonun keçirtdiyi 36-cı asambleyada Azərbaycan haqda belə bir nitq söyləyib:

"Hər bir xalq dünyada öz mədəniyyəti ilə tanınır və Erməni xalqı da dünyada bunu sübut edib. Biz öz mədəniyyətimizlə kifayət qədər nüfuz qazanmışıq. Amma Azərbaycanlılar neçə illərdir ki, Erməni mədəniyyətinə təcavüz edirlər. Naxçıvanda Ermənilərə aid olan qədim abidələr və qəbiristanlıqlar Azərbaycan vandallıqlarının qurbanı olurlar. Bu vandallıq hərəkətlərinə görə onları heç kəs qınamır. Gərək Dünya buna münasibət bildirsin və bu vandalizmi ciddi qınasın."

  • Yazılıb
  • da (də) 2011 Nov 01