Tarix : 2011 Nov 01
Kod 26334

Azərbaycan Respublikasında ümumi fikri Qarabağ münaqişəsindən yayındırmaq məqsədilə panazərizmin ...

AR dini fəallarının əsas istəyi dini keçmişin və öz tarixi izzətinin dirçəldilməsidir
well/Aran agentliyi

 

AR dini fəallarının əsas istəyi dini keçmişin və öz tarixi izzətinin dirçəldilməsidir.

"Arannews"in verdiyi məlumata əsasən, bu gün sübh Şərqi Azərbaycan əyaləti məktəblərinin tarix qrup başçıları və ekspertlərin iştirakı ilə "Azərbaycan və Aran tarixinin araşdırılması" mövzusunda konfrans keçirildi.

Konfransda Şiəşünaslıq İnsitutunun elmi heyətinin üzvü Vəli Cəbbari Azərbaycan Respublikasının mövcud tarix kitablarında tarixi saxtakarlığın olması barədə açıqlama verdi və bildirdi ki, Azərbaycanda bu məntəqənin həqiqi tarixinə diqqət etmədən və siyasi qərəzlə bu regionun İrandan ayrılmsını Qacarilər dövründə İran və Rusiya arasında razılaşmanın nəticəsi kimi qələmə verir və bu dövrdə Azərbaycan adlı müsəqil bir ölkənin olduğunu, Rusiya və İran arasında bölündüyünü iddia edirlər. Halbuki, tarixi sənədlərə əsasən, Azərbaycan adlı müstəqil bir dövlət olmamış və tarixi Azərbaycan Arazın cənubunda, İranın tərkibində olmuşdur. Arazın o tərəfinin şəhərləri İranın bir hissəsi olubdur. Bu mövzu Strabon (24-64 m.) kimi məşhur coğrafiyaşünas və Birinci Şapurun üç dildə olan kitabəsində (241-273 m.), ibn Xordad, Bəlazəri, Yəqubi kimi tarixşünasların əsərlərində, "Hüdud əl-aləm"in yazıçısı Əbu İshaq İstəxri, Fəqihin  (5-ci əsr) "Əhsən əl-təvarix", Əbbasinin "Tarixi-aləmi-aray" kitablarında, müasir dövrümüzdə Avtopalı tarixçi Bartolid və digərlərinin əsərlərində öz günişliyi ilə izah olunubdur.

Aran elm və tədqiqat jurnalının yazarlar heyətinin üzvü artırdı: "Panazərizm ideyasını həyata keçirənlər saxta xəritələr və uydurma materiallarla Azərbaycan məktəbli və tələbələrin zehnini azdırmaq, habelə ümumi xalqın fikrini yayındırmaq istəyirlər. Əlbəttə, sovet ittifaqının dağılmasından qabaq bu azdırmalar Kremlin strateji siyasətlərinin bir hissəsi idi və bunun da başında Azərbaycanın keçiş prezidenti Heydər Əliyev dururdu. Onun məqsədi bu azdırıcı fikirləri geniş yaymaq, İran və sovet ittifaqı ərazisində yaşayan azərilərin arasında qarşıdurmanı bərkitmək idi. Çox təəssüflər olsun ki, sovet ittifaqının dağılmasından sonra da bu fikirlər və azdırıcı hərəkətlər davam edir".

Bu ekspertin dediyinə əsasən, Azərbaycan rəsmiləri, vaxt rəhbələrinin sözləşməsi ilə ölkənin 20% torpaqlarının işğalını ört-basdır etmək üçün bu azdırıcı fikirləri meydana atır və öz torpaqları azad etməyə bacarığı olmayanlar bu növ təbliğatla ölkə camaatının fikirlərini başqa  məsələlərə yönəltmək istəyirlər. Bunula yanaşı son illərdə panazərizmi formalaşdırmaq üçün beynəlxalq sionizmin izi də aşkar olmuşdur.  Sionistlərin maddi himayəsi və təşkilatçılığı ilə yaranmış "DAK"-ın da hədəfi müxtəlif millətlər arasında problrmlər yaratmaq, Azərbaycanın şiə xalqının fikirlərini islamçılıqdan millətçiliyə yönəltməkdir.

"Azərbaycan Respublikası şiələri" kitabının müəllifi  dedi: "AR xalqı günbəgün öz dini istəklərinə israr edir və hazırda sekular hakimiyyətin əsas müxaliflərinə çevrilmişlər".

Vəli Cəbbari AR dini fəallarının əsas istəyini dini keçmişin və öz tarixi izzətinin dirçəldilməsi bildirərək davam etdi: "Onlar bu məqsədlərinə çatmaq üçün neçə illərdir ki, AR-nın anti-islam  hökuməti ilə mübarizələrini davam etdirirlər. Belə ki, hal-hazırda bu ölkənin islami rəhbərlərindən 400 nəfərdən çoxunun, o cümlədən doktor Mövsüm Səmədovun 12 il həbs cəzasına məhkum olmasının şahidiyik. AR dövlətinin anti-islam siyasətlərinə və qadağalarına baxmayaraq, dinə meyillilik, məzhəbi mərasimlərin təşkili, islami şüarların dirçəlişi hər gün artmaqdadır. Məhərrəm və Səfər aylarında bir milyondan artıq azəri şiənin Nardaranda həzrət Rəhimə xatun ziyarətgahında toplaşması, dini dirçəlişin bariz nümunələrindən biridir".

Konfransın sonunda Azərbaycan və Aran tarixi ilə bağlı sual-cavablar oldu və Şərqi Azərbaycan əyaləti məktəblərinin tarix qrup başçıları AR-da baş verən saxtalaşdırma və mövcud islamofobiyaya görə təəssüf hissi keçirdiklərini bildirdilər.

  • Yazılıb
  • da (də) 2011 Nov 01