Mübariz Ruhanilər Cəmiyyəti Azərbaycan Respublikasında cinayət məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edib
well/Aran agentliyi
Mübariz Ruhanilər Cəmiyyəti Azərbaycan Respublikasında cinayət məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edib
Mübariz Ruhanilər Cəmiyyəti Azərbaycan Respublikasında cinayət məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edib. MRC ali şurasının üzvləri layihə ilə bağlı çıxış edərək, layihəyə münasibət bildiriblər. Layihə “qanun layihəsi” yox, “cinayət layihəsi” kimi qiymətləndirilib.
Layihədə nəzərdə tutulur:
“Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub. Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb.
Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılacaq.
167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan 1000-2000 manatadək cərimənin məbləği 7000-9000 manatadək artırılması təklif olunub.”
Korrupsiya bataqlığında qərq olmuş, dünyanın birinci rüşvətxorlarından sayılan Azərbaycan hakimiyyətinin təmsilçiləri və məmurlar Allahın kitabı və dinini təbliğ edənləri özləri kimi sərvət sahibi sayır. Küçə və bazaralarda qarşısına beş-on kitab qoyub satan insanların neçə min cərimələnməsindən böyük cinayət nədir.
MRC layihə milli məclisdə xeyir-dua alacağı təqdirdə aksiyalar planını nəzərdən keçirib. Prezident aparatı, Milli Məclis, müxtəlif dövlət orqanlarının inzibati binaları qarşısında möğvcud layihənin böyük formatda simvollarını yandırmaq nəzərdə tutulur.
Bu aksiyalar dinc aksiyadır və Quranın yandırıldığı dünyada şeytani sənədin yandırılması xalq tərəfindən hökmən dəstək alacaq.
Hicab.org