well/Aran agentliyi
İslamazeri.az-a AİP-in mətbuat xidmətindən verilən məlumata görə,tədbirdə rayon komitə sədrləri və Baş Məclisin üzvləri iştirak ediblər. AİP Baş Məclisində ölkədə və beynəlxalq aləmdə ictimai-siyasi vəziyyət, həbs olunan islamçıların məhkəmə hökmü, AİP-ın son Baş Məclisindən ötən müddətdə həyata keçirdiyi tədbirlər və digər məsələlər müzakirə olunub.İslam Partiyasının sədr əvəzi Elçin Manafov çıxış edərək, İslama qarşı bütün təzyiqləri pisləyib:
“Biz qanunun tərəfdarıyıq və qanunun bizə verdiyi hüququn pozulması ilə heç zaman barışmayacağıq. Bir daha bildiririk ki, mitinq keçirməkdə maraqlı deyilik, amma buna sanki məcbur edilirik. Ona görə də yaxın günlərdə növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edəcəyik”.
islamazeri.az