Akif Heydərli Facebook sosial şəbəkəsində yayımlanan bəyanatdan xəbərsiz olduğunu bildirdi
well/Aran agentliyi
Akif Heydərli Facebook sosial şəbəkəsində yayımlanan bəyanatdan xəbərsiz olduğunu bildirdi
FaktXeber.com xəbər verir ki, 2 noyabr 2011-ci il tarixdə facebook sosial şəbəkəsinin Xilas qrupu profilində guya AİP siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli tərəfindən yayılmış, “Azərbaycan İslam Partiyasının Bəyanatı” adlı material dərc olunub.
AİP bu bəyanatın İslam Partiyasına və şəxsən Akif Heydərliyə aid olduğunu təkzib edir. A.Heydərli bunu açıq təxribat və məlum olmayan şəxslərin siyasi maraqlarına xidmət edən, onların AİP-ə qarşı düşmən münasibət bəslədiklərini göstərən amil kimi qiymətləndirir. Belə qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ayrı-ayrı insanları dövlətə qarşı qoymaq, qaralamaq fikrindədirlər.
Qeyd edək ki, "facebook" sosial şəbəkəsində naməlum şəxs İslam Partiyası gerbi və Akif Heydərli adıyla partiya adından bəyanat paylaşıb.
FaktXeber