Tarix : 2011 Nov 02
Kod 26366

HİCAB QADAĞASININ ARDINCA...

Siz dinlə düşmənçilik etmək istəyirsiz. Hicab qadağası bunun əsas nümunəsidir
well/Aran agentliyi

 

Gündə bir qanun çıxardırlar. Yenə də ilişdilər ruhanilərə. Deməli ruhanilər bir məclis keçirmək üçün bunlardan icazə almalıdır. Siz bir iş görəndə ruhanilərdən icazə alırsız? Bir qərar çıxaranda adam yaxşı-yaxşı düşünüb fikirləşər. Nəyin qadağan olub-olmamasını bir ictimaiyyətlə müzakirə edər. Görək bu bədbəxt ictimaiyyət buna nə deyir? Cavab verərsiz ki, elə bu qanunu ictimaiyyətin nümayəndələri, onların adından danışan vəkilciyəzlər çıxarıb da. Buna cavab olaraq biz də deyirik ki, o vəkilciyəzlər kim nə oxuyur ona əl çalırlar da. Əsas odur bir şey çalınsın, utanmasan oynamağa nə var ki? Bunlara çox gözəl əl çalmağı öyrədiblər. Bunlara başa salıblar ki, yuxarıdan müzakirə olunmaqçün bir şey gəldi, onu “yekdilliklə” qəbul edin haa!

Deməli gözlənilən qanuna görə bunlardan icazəsiz xaricdə dini təhsil almaq olmaz, dini mərasimlər keçirmək olmaz, dini ədəbiyyat satmaq olmaz və s. Axı niyə? Terrordan qorxursuz? Ya insanların maariflənib haqqı başa düşməsindən? Əgər terrordan qorxursuzsa, buna belə cavab verərik ki, terrorun yer üzündə ən böyük dəstəkçisi imperialist qüvvələrdir. Onlarla da aranız superdir. Onların dəstəyi olmadan burda terror olmaz. Bundan tam arxayın olun. Qaldı ki, maariflənib haqqı başa düşməyə, bu başqa məsələ. Əsas səbəb də elə budur. Yoxsa müqəddəs Mədinə şəhərində təhsil alıb doğma vətənimizdə yad əqidələrin təbliği ilə məşğul olan mənfur vəhhabilərin fəaliyyətini məhdudlaşdırmaq istəyirsiz? Əgər həqiqətən də belədirsə biz sizə tam dəstək veririk. Ama inanmıram belə olsun. Çünki kralı özünüzə qarşı qəzəbləndirərsiz, o da öz İsrail-Amerika adlı dədəsinə şikayət edər sizin haqqınızda, onda sizin sonunuz necə olar? Qəddafinin başına gələnləri sizin də başınıza gətirərlər.Onda siz bu qədər “zəhmət” çəkmisiz bu müasir Azərbaycan üçün, xərclər qoymusuz, bunun ziyanını necə həzm edərsiz? Bu qədər sərmayə qoymusuz varlanmaq üçün, bu “zəhmətləriniz” hara gedər?

Yox əgər hansısa ruhaninin cəsusluq etməsindən şübhələnirsizsə onda gedin araşdırın, hansı ruhani bunu edirsə onu cəzalandırın. Ama bu töhməti bütün ruhanilərə vurmayın. O qədər xarici ölkələrdə müxtəlif sahələrdə təhsil alanlar var. Onların da cəsusluq etməsi mümkündür. Amma buna heç o qədər əhəmiyyət vermirsiz. Deməli cəsusluq məsələsi də bəhanədir. Siz dinlə düşmənçilik etmək istəyirsiz. Hicab qadağası bunun əsas nümunəsidir. Amma bilin ki, siz o dinlə mübarizə aparmaq istəyirsiz ki, o dini sizi yoxdan yaradan, sizə ruzi verən, sizi öldürən və sizi yenidən dirildən Allah göndərib. O Allah ki, sizin hər gizlin və aşkar əməlinizdən xəbərdardır. O Allah ki, sizi əməllərinizin hesabını çəkəcək. Siz öz üfunətli ağzınızın havası ilə Onun nurunu söndürmək istəyirsiz? Sizin xoşunuza gəlməsə də O öz nurunu tamamlayacaq. O sizi sevib yaradıb, amma siz Onunla düşmənçilik edirsiz. Onunla düşmənçilik edənlərin sonunu görmədinizmi? Hüsnü Mübarəkin, Qəddafinin başına nələr gəldiyini görmədinizmi? Yəni siz onlardan da qüdrətlisiz? Nə qədər qüdrətiniz olsa da Allah qarşısında bir heçsiniz. Kim Allahla müharibə edibsə mütləq zəlilcəsinə məğlub olub. Allahın dininə sataşmayın. Qayıdış yeriniz yenə Onadır. O sizdən soruşmazmı ki, mənim qanunlaırımla niyə mübarizə apardınız? Onda nə cavab verəcəksiniz? “Zəlilcəsinə cəhənnəmə daxil olun!” deyildiyi zaman nə edəcəksiz?

Fərhad Mirzə

İslamazeri

  • Yazılıb
  • da (də) 2011 Nov 02