Tarix : 2011 Nov 02
Kod 26367

Bu gün dünyanın ən böyük terrorçusu Amerikadır

Həzrət Ayətullah Üzma Xamenei vurğulayb: Bizim Amerikanın İranda və regionda baş verən terror aktlarını istiqamətləndirməsi barədə danılmaz və inkaredilməz 100 faktımız var
well/Aran agentliyi

 

Həzrət Ayətullah Üzma Xamenei vurğulayb: Bizim Amerikanın İranda və regionda baş verən terror aktlarını istiqamətləndirməsi barədə danılmaz və inkaredilməz 100 faktımız var.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei bu gün səhər minlərlə şagird və tələbənin o həzrətlə görüşündə həmçinin buyurublar : Son 32 il ərzində İran xalqı öz Allaha təvəkkül etməsi , müqaviməti və bəsirəti nəticəsində bütün çətinlikləri arxada qoyaraq inkişaf edib və gələcəkdə də hər hansı bir çətinliyə qalib gələcək.

13 aban ( 4 noyabr) dünya imperializminə mübarizə günü ərəfəsində keçirilmiş həmin görüşdə, İslam İnqilabının Böyük Rəhbəri 13 aban (4 noyabr) gününün dünya xalqları ələlxüsus İran xalqının Amerikaya qarşı mübarizəsinin kulminasiya nöqtəsi olduğunu da xüsusi əhəmiyyətlə qeyd etmişdir.

Həzrət Ayətullah Üzma Xamenei vaxtı ilə İran xalqının Amerika qarşısında qələbəsini qeyri-mümkün hesab edən fikirlərə toxunaraq bildirmişdir ki, həmin görüşlər və maddi təhlillərin əksinə olaraq İran xalqı qalib gəlib və bu qələbə hələ də davam edir və gələcəkdə də təkrarlanacaq.

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın terrorçuluğu məsələsinə gəldikdə buyurub: Bizim Amerikanın İranda və regionda baş verən terror aktlarını istiqamətləndirməsi barədə danılmaz və inkaredilməz 100 faktımız var.

Həmin 100 faktın üzə çıxması , Amerika və bütün insan haqlarını himayə və terrorçuluqla mübarizə iddiasında olanlar rüsvay olacaq.

  • Yazılıb
  • da (də) 2011 Nov 02