Tarix : 2011 Nov 02
Kod 26372

AZƏRBAYCANDA HALAL KOLBASA YOXDUR

Tahir Əmiraslanov: “Kolbasalar quş peyinindən hazırlanır”
well/Aran agentliyi

 

Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov əhalini şoka sala biləcək açıqlama verib. O, Milli.Az xəbər portalına bildirib ki, texnologiyanın inkişafı bu gün kolbasaların tərkibinə də öz təsirini göstərib.
Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində kolbasa ətdən hazırlanmır: “Bu gün Rusiyada bir qram da kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hələ 1989-cu ildə SSRİ-də 1 milyon ton süni ət hazırlanırdı. Quş peyinini hidroliz edib, bundan ət alırdılar. Biz heyvana ot veririk, heyvan da onu həzm edib, müəyyən hissəsini ətə çevirir. Burada isə peyindən birbaşa ət alınmasından söhbət gedir. Aparılan proses zamanı peyinin böyük hissəsi zülala çevrilir və ona rəng vuraraq kolbasa düzəldirlər. Yaponiyada insan peyinindən kolbasa hazırlanır ki, mal ətinin dadını verir”.
T.Əmiraslanov qeyd etdi ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur: “İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Biz insanlara düzünü deməliyik ki, seçim edə bilsinlər. Ancaq onu deyə bilərəm ki, texnologiya yolu ilə hazırlanmış məhsullar geni dəyişdirilmiş ərzaqdan daha təbiidir. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır”.

  • Yazılıb
  • da (də) 2011 Nov 02