Tarix : 2011 Nov 03
Kod 26383

Ermənilər azərbaycanlı zabiti qətlə yetirib

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti şəhid olub...
well/Aran agentliyi

 

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti şəhid olub

İslamazeri.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə noyabrın 2-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb.

Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində leytenant, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.

Silahlı Qüvvələrdəki mənbədən  isə bildiriblər ki, şəhid olan zabit general-mayor Silahlı Qüvvələrin Akademiyasına qərargah xidməti kafedrasının rəisi Lənkəran Əliyevin qardaşı oğludur.

  • Yazılıb
  • da (də) 2011 Nov 03