Tarix : 2011 Nov 03
Kod 26386

“Faiq Vəlizadə:Dinə qarşı yeni layihə xalqımızın adına ən böyük tarixi qara ləkədir”

Azərbaycan Respublikasının Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin sədri ölkə Parlamentində müzakirəsi başlanılan yeni anti islam qanun ...
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin sədri ölkə Parlamentində müzakirəsi başlanılan yeni anti islam qanun layihəsini kəskin surətdə pisləyib.

Hacı Faiq Vəlizadə Hicab saytında dərc etdiyi məqaləsində vurğulayıb : " Bu qanun layihəsi, müsəlman xalqımızın adına iqtidar tərəfindən vurulacaq növbəti ən böyük tarixi qara ləkədir. Əlbəttə, mən əminəm ki, xalqımızın qeyrətli və mübariz şəxsiyyətləri, ziyalıları və alimləri buna imkan verməzlər. Amma, belə bir mövzunun xalqın zehninə əvvəlcədən yeritmək və onları buna hazırlamaq tariximizə, dinimizə və mənəviyyatımıza ən böyük xəyanətdir."

Azərbaycan Respublikası Parlamentinin komissiyalarında müzakirəsi başlanmış yeni anti İslam qanun layihəsinə qarşı mübarizəyə çağıran Hacı Faiq Vəlizadə əlavə edib : " Müsəlman xalqımızın malından qarınlarını və banklarını doldurmuş dövlət məmurlar indi belə qanunlarla onların paxırlarını açmaq istəyən mübariz din xadimlərinə qarşı belə təzə planlar çəkirlər. Onlar unudublar ki, Allahla müharibədə olar hətta, zərrə də hesab olmurlar və əgər bu günə kimi onlarla haqq aşiqlərinin zindana salmasına görə Allahın qəti əzabı gəlmirsə, ölkədəki mübariz, mömin və haqqı deyənlərin sayəsindədir. Ölkədə fitnə fəsad kampaniyaları baş alıb gedən halda, sionistlər, yəhudilər, məsihilər, bütpəsətlər, krişnalar və s. dinlər azad təbliğ edən halda, iqtidarın yalnız, öz müsəlman xalqının İslam dininə qarşı belə qadağaları tətbiq etmək istəməsi artıq bu dəstənin və partiyanın müsəlman xalqımıza hakim olması qəti qəbuledilməzdir və onların siyasi səhnədən istefaya getməsi qətidir. Necə ki, müqəddəs Quranımızda buyurulub : "O kəslər ki, insanları Allah yolundan döndərir və bu yola maneəçilik törədir , onu əymək istəyirlər - onlar, məhz onlar Axirəti inkar edənlərdir. Onlar yer üzündə Allahı aciz qoya, Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də əzabdan xilas etməyə qadir olan da yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar haqqı eşidə bilməz və onu görməzlər!"

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 03