Tarix : 2011 Nov 03
Kod 26390

Bu Azərbaycanlılar özlərini nə sayır? Siz hissiyatınızı itirmisiniz bəlkə?

Yəhudi əsilli Rusiyalaı tele və radio aparıcı Vladimir Salavyov Azərbaycanlıları tənqid etdi
well/Aran agentliyi

 

Yəhudi əsilli Rusiyalaı tele və radio aparıcı Vladimir Salavyov Azərbaycanlıları tənqid etdi.

Azadxeber.azsaytının Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiyanın tanınmış tele və radio aparıcısı Vladimir Salavyov Azərbaycanlıları sərt tənqid edib. Buna səbəb Erməni əsilli Rusiya vətəndaşı olan iş adamı Serqey Gyurcianın Azərbaycana buraxılmaması olub. Jurnalist "Vesti FM" də bu məsələ barəsində danışıb və Azərbaycanlılara bu cür deyib:

"Bu Azərbaycanlılar özlərini nə sayır? Siz hissiyatınızı itirmisiniz bəlkə? Rusiyalı vətəndaşı, iş adamını təyyarəyə buraxmamaq bu özbaşnalıqdır. Bir qədər Erməni qanı da bu Azərbaycanlılarda insana xas olmayan hissiyatlar oyadır. Bunların hərəkəti, bir Yəhudi olaraq bizim millətimizə qarşı törədilən Xolokostu yadıma saldı. Bizim hakimiyyət hara baxır. Gərək biz də bundan sonra viza sisteminə keçək. Və istədiyimiz şəxsi buraxaq istəmədiyimizi yox. Onda görərik ki, bu Azərbaycanlılar nə edəcəklər Rusiyada. Lujkovun dövründə doluşdular ölkəmizə, bazarlarımızı xaraba qoydular. İndidə Rusiyalı bir vətəndaşa Azərbaycana getməyi qadağa qoyurlar. Siz kimlərlə goz-gozə gəlmək istəyirsiz? Əgər qardaş xalqı kimi yaşamaq istəmirlərsə eybi yoxdur. Qoy yaşamasınlar. Xoşbəxtliklərini bizdən ayrılmada görürlərsə deməli belə məsləhətdir."

  • Yazılıb
  • da (də) 2011 Nov 03