Tarix : 2011 Nov 05
Kod 26408

AİP Bakıda mitinq keçirəcək

Azərbaycan İslam Partiyası hökumətin anti-din və İslama qarşı siyasətlərinə etiraz olaraq Bakıda mitinq təşkil edəcək
well/Aran agentliyi

Azərbaycan İslam Partiyası hökumətin anti-din və İslama qarşı siyasətlərinə etiraz olaraq Bakıda mitinq təşkil edəcək.

Azərbaycan İslam Partiyası, partiyanın rayon təşkilat sədrlərinin iştirakı ilə keçirilən iclasda ölkəyə hakim kəsilmiş siyasi-ictimai vəziyyəti araşdıraraq, noyabrın 19-da islamofobiya və hicabofobiya siyasətlərini pisləmək üçün geniş etiraz aksiyası təşkil etmək qərarına gəlib.

İslam Partiyasının üzvləri rəsmi Bakının islamofobiya siyasətlərindən və qanun pozuntularından, xüsusilə də İslam Partiyasının rəhbər üzvlərinə qarşı sifarişli və qərəzli formada qərarların çıxarılmasından son dərəcə narazıdır.

Buna görə də İslam Partiyasının rəyasət heyəti bu aksiyanın keçirilməsinə qanuni icazənin verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə istək irəli sürüb.

Bundan öncə də Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov hicaba dəstək aksiyasının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə növbəti dəfə müraciətin ediləcəyini bildirmişdi.

İslam Partiyası indiyə kimi dəfələrlə mitinq keçirmək üçün rəsmi icazənin verilməsi istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Amma, hər dəfə bu tələblər Bakı Şəhər İcra Hakimiyyətinin müxalifəti ilə üzləşib.

Rəsmi Bakı ölkə əhalisinin 95%-dən çoxunu müsəlmanların təşkil etməsinə rəğmən ölkə konstitusiyasına zidd olaraq, 2010-cu ilin yanvarından məktəblilərin hicabla dərslərdə iştirakına qadağa tətbiq edib

  

  • Yazılıb
  • da (də) 2011 Nov 05