Tarix : 2011 Nov 05
Kod 26409

Azərbaycan R-da dini mədrəsələrin bağlanması davam edir

Azərbaycan Respublikasında çap edilən mətbuat orqanlarından biri bu ölkədə dini mədrəsələrin bağlanmasının davam etməsindən xəbər verib
well/Aran agentliyi

Azərbaycan Respublikasında çap edilən mətbuat orqanlarından biri bu ölkədə dini mədrəsələrin bağlanmasının davam etməsindən xəbər verib.

Bakıdakı müxbirimizin verdiyi məlumata əsasən, Yeni Müsavat qəzeti Az.R-da dini mədrəsələrin birinin tələbələrinin valideynlərinə istinadən bu ölkədə dini mədrəsələrin tam şəkildə bağlanmasına işarə edərək belə yazıb: 3 gün öncə polis əməkdaşları bu ölkə mədrəsələrin birinə gəlib Az.R-nın dini məsələlər üzrə dövlət komitəsinin sədri Hidayət Orucovun əmrinə əsasən bu mədrəsəni bağlayaraq  fəaliyyətinə qadağa qoyublar.

Yerlə şahidlərin bildirdiklərinə əsasən, indiyə qədər yalnız 4 dini mədrəsə, Bakının ətrafındakı Badamdar kəndi , Şəki, Lənkəran və Zaqatala rayonlarında fəaliyyət göstərir.

Son 10 il ərzində və Az.R-da islamla mübarizə hərəkatının başlanmasının ardınca bu ölkə hökuməti ölkə səviyyəsində 4 dini mədrəsənin fəaliyyətini qadağa qoydu.

Az.R parlamentinin siyasi komissiyasının üzvü Zahid Oruc bu mövzunun əsaslandırılmasında Bakı islam universitetinin ali səviyyədə dini elmlərin təlimi ilə məşğul olduğunu bildirərək deyib: Ərəb ölkələrinin əksinə olaraq, Az.R-dakı hökumət quruluşunun binovrəsi dindən ayrı olan siyasi hakimiyyət prinsipinə əsaslanır.

Buna görə də dini mədrəsələrin olmasına ehtiyac yoxdur və onların yerinə daha yaxşı olar ki, daha çox istifadəsi olan müəssisələr və qurumlar yaradaq.

Bu haqda son qərarının çıxarılması ixtiyarı və səlahiyyəti isə yalnız Az.R Qafqaz Müsəlmanları İdarəsi və Dini Məsələlər Üzrə Dövlət Komitəsinin ixtiyarındadır.

Ekspertlərin fikrincə, Zahid Orucovun istifadə edilən müəssisələrin təsis edilməsi və onlardan dini mədrəsələrin yerinə istifadə edilməsi üzvə nəzərdə tutduğu Qərbin bayağı mədəniyyətini təbliğ edən müəssisələrdir.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 05