Tarix : 2011 Nov 05
Kod 26410

DİNİ AZADLIQ VAR?

Şərqşünas Vüsal Hətəmov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun noyabrın 4-də səsləndirdiyi bəyanata münasibət açıqlayıb
well/Aran agentliyi

Şərqşünas Vüsal Hətəmov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun noyabrın 4-də səsləndirdiyi bəyanata münasibət açıqlayıb.

Şərqşünas Vüsal Hətəmov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun noyabrın 4-də səsləndirdiyi bəyanata münasibət açıqlayıb.

Hidayət Orucov türkiyəli dövlət qulluqçuları ilə görüşündə Azərbaycanda dini etiqad azadlığının pozulmadığını, dindarlara heç bir təzyiq edilmədiyini vurğulayıb.

“Media forum” saytına açıqlama verən Vüsal Hətəmov deyib:

“Fakt göz qabağındadır. Hidayət Orucov and içsə də, reallığa kölgə sala bilməz. Ölkədə ən çox təzyiq olunan kütlə dini qayda-qanunlara daha ciddi yanaşan insanlardır. Əgər orta məktəblərdə uniforma adı ilə qızların yaylıqları açılırsa, - halbuki yaylıq əsas geyim elementi hesab olunmur, buna qalsa, gərək münasibət ayaqqabılara da tətbiq oluna, - iş yerlərində hicablı xanımlara təzyiq olunursa və yaxud “hicablıdır” deyə öz başlarına problem açmamaq üçün hicablı xanımları işə götürmürlərsə, hansı dini azadlıqdan danışmaq olar? Kim dövlət işinə düzəlmək istəsə, - güc strukturlarında vəziyyət daha ağırdır, - gərək namaz qıldığını gizlətsin.

Hidayət müəllimn türkiyəli qonaqlara dini bölməmələri üçün verdiyi tövsiyəyə gəlincə, məncə, Azərbaycanda dini bölən də elə onun idarəsi və bu kimi səlahiyyətli şəxslərdir. Təsəvvür edirsinizmi, İran-Azərbaycan münasibətində soyuqluq hiss olunan kimi dindarların bir qismi, - əsasən şiələr, - Türkiyə-Azərbaycan münasibətində soyuqluq hiss olunan kimi digər qismi - əsasən nurçu və təsəvvüfçülər - sıxışdırılır. Niyə? Niyə dinə daha ciddi yanaşan insanlar hakimiyyətin qeyri-konstruktiv xarici siyasətinin qurbanı olmalıdır?

Heç bir müsəlman qonşu dövlətlə münasibətimiz hansısa Qərb ölkəsindən yaxşı deyil. Siyasət sabah dəyişəndir, amma milli-mənəvi dəyərlərə hörmət bizim kimliyimizin əsası və qarantıdır. Dinə bu cür yad münasibət vətəndaşlarımıza, milli mənsubiyyətmizə, konstitusiyamıza ən yaxşı halda laqeydlikdir və bunun üçün də ilk növbədə cavabehlik daşıyan qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidır”.

  

  • Yazılıb
  • da (də) 2011 Nov 05