Noyabrın 4-də “Hicaba azadlıq” aksiyasına görə həbs olunan Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərovun məhkəmə prosesi keçirilib
well/Aran agentliyi
Noyabrın 4-də “Hicaba azadlıq” aksiyasına görə həbs olunan Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərovun məhkəmə prosesi keçirilib. Nərimanov Rayon Məhkəməsində aparılan prosesə hakim Arif İsmayılov sədrlik edib. Taleh Ələkbərovun vəkili Əzizağa Əliyevin verdiyi məlumata görə, prosesdə zərərçəkənlərin ifadəsi alınıb.
Proses noyabrın 14-də davam edəcək.
Mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasına görə tutulan 15 nəfərdən indiyə qədər 9-u məhkum olunub: Əlvan Hüseynov və Rövşən Məmmədov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza alıblar. Araz İsmayılov 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə, Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucova 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib.