Tarix : 2011 Nov 06
Kod 26418

Böyük Rəhbərin Həcc müraciəti

''الحمدلله رب العالمین و صلوات الله و تحیاته علی سید الانام محمدٍ المصطفی و آله الطیبین و صحبة المنتجبین.''
well/Aran agentliyi

 

 

"الحمدلله رب العالمین و صلوات الله و تحیاته علی سید الانام محمدٍ المصطفی و آله الطیبین و صحبة المنتجبین."

 

Hazırda Həcc baharı öz mənəvi təravəti, əzəmət və İlahinin bəxş etdiyi cahu-cəlalı ilə gəlib çatmış, mömin iştiyaqlı könülləri pərvanə kimi tövhid və vəhdət Kəbəsinin ətrafında hərəkətə gətirmişdir. Məkkə, Mina, Məşər və Ərəfat xoşbəxt insanların düşərgəsinə çevrilərək və

 

 

" و اذّن فی الناس بالحج .. "

 

fəryadına cavab verib bağışlayan və Kərim Allahın qonaqlığında başıuca olublar. Bu da həmin mübarək Ev və hidayət mərkəzidir ki, ilahi ayati-bəyyinat oradan şüalarını yayıb və hamının başı üstünə əmin-amanlıq çətirini açıbdır.

Könülləri səfa, zikr və təvazökarlıq zəmzəmində yuyun; batin gözlərinizi Haqq Həzrətlərinin parlaq ayələrinə açın ; həqiqi bəndəlik nişanəsi olan ixlas və itaətkarlığa üz tutun, itaət və təslim əsasında İsmayılını qurbangaha aparan atanın xatirəsini dəfələrlə göz önünə gətirin və beləliklə əzəmətli Rəbbimizlə dostluğa tərəf aparan parlaq və aşkar yolu tanıyın və bu yolda addımlamağı öz sədaqətli niyyətinizə və imanlı iradənizə tapşırın.

İbrahimin məqamı həmin ayati-bəyyinatından biridir.

İbrahim(ə)-ın Kəbeyi-Şərifin kənarındakı ayaq yeri, yalnız İbrahim məqamının rəmzidir. İbrahimin məqamı onun ixlası, fədakarlığı və güzəştidir; onun nəfsani istəklər və atalıq məhəbbəti qarşısında eləcə də küfr, şirk və zəmanənin Nəmrudunun istilası qarşısında necə müqavimət etməsinə işarədir.

Bunun hər ikisi hazırda İslam Ümmətinin qarşısında xilas yolunu göstərməkdədir. Hər birimizin iradəsi, şücaət və möhkəm əzmkarlığı bizləri Adəmdən Xatəmədək bəşəriyyəti düzgün yola çağıran, ona dünya və axirət səadətini, izzətini vəd etmiş İlahi Risalət Elçilərinin hədəflərinə qovuşdurar.

İslam Ümmətinin bu əzəmətli yığıncağında yaxşı olardı ki, Həcc zəvvarları İslam dünyasının ən mühüm məsələlərinə diqqət yetirsinlər. Hal-hazırda bəzi mühüm İslam ölkələrindəki qiyam və inqilablar bu məsələlərin başında yer tutur. Ötən ilki Həcc mövsümü ilə builki Həcc arasında İslam dünyası elə hadisələrin şahidi oldu ki, İslam Ümmətinin taleyini dəyişə, ona maddi və mənəvi inkişaf və izzətlə dolu parlaq gələcək vəd edə bilər. Misir, Tunis və Liviyada diktator, pozğun və asılı tiranlar hakimiyyətdən endirilmişlər və bəzi digər ölkələrdə xalq qiyamının coşqun dalğası zülm üzərində qurulmuş dəbdəbəli sarayları dağıdıb və viranəliyə çevirməklə hədələyir.

Ümmətimizin tarixində açılmış bu yeni səhifə İlahi ayati-bəyyinatdan olan həqiqətləri aşkar edir və bizə həyat-verici dərslər keçir. Bu həqiqətlər müsəlman xalqların bütün işlərində öz əksini tapmalıdır.

Birincisi onlarla il əcnəbilərin siyasi istilasına məruz qalmış xalqların içindən gənc nəsil baş qaldıraraq alqışa layiq özünə inam hissi ilə təhlükələrə sinə gərdi, hakim zümrə ilə qarşı-qarşıya dayandı və vəziyyəti dəyişmək üçün özündən əzmkarlıq nümayiş etdirdi.

Digər tərəfdən dünyəvi rejimlərin hegemoniyası və səylərinə, bu ölkələrdə dinsizliyə rəvac verməyə dair cəhdlərinə baxmayaraq, İslam əzəmətli və aşkar nüfuzu və hüzuru ilə könülləri və düşüncələri istiqamətləndirdi və qaynar bulaq kimi milyonluq kütlələrin sözü və əməlində onların toplantısına və davranışlarına təravət bəxş etmişdir. Azan yerləri, müsəllalar, təkbirlər və isalmi şüarlar bu həqiqətin aşkar nümunəsi və Tunisdə keçirilən son seçkilər bu iddianı sübuta yetirən qəti dəlildir.

Heç şübhəsiz hər bir başqa müsəlman ölkəsində azad seçkilər keçirilərsə, Tunisdə əldə olunan nəticə təkrarlanacaq. Həmçinin bu bir ilin hadisələrində hamıya göstərildi ki, əziz və qadir Allah xalqların əzmkarlığı və iradəsində elə bir qüdrət yaradıbdır ki, heç bir digər qüdrət onun qarşısında dayana bilməz.

Xalqlar İlahının verdiyi bu qüvvə ilə öz müqəddəratını dəyişməyə və İlahi zəfərə nail olmağa qadirdirlər.

Digər tərəfdən başda Amerika olmaqla hegemonçu dövlətlər uzun illər boyunca siyasi və təhlükəsizlik fəndləri ilə region dövlətlərini özlərinə müti edib öz xəyallarında dünyanın bu həssas hissəsində iqtisadi-siyasi və mədəni istilalarını təmin etməyə yol tapdıqları halda, bu gün region xalqlarının nifrətini qazanmışlar. Tam əminliklə demək olar ki, bu inqilablardan mənşə alan quruluşlar heç zaman keçmişdəki utanc gətirən situasiyaya tərəf getməyəcəklər və regionun geosiyasi taleyini xalqlar izzət və istiqlalları istiqamətində nizama salacaqlar.

Başqa tərəfdən isə Qərb dövlətlərinin riyakar və ikiüzlü təbiəti bu ölkələrin xalqlarına aşkar oldu. Misir, Tunis və Liviyada, hərəsində bir təhər, Amerika və Avropa əllərindən gələn qədər öz marionetlərini saxlamağa çalışdılar və yalnız xalqların iradəsi onların istəyinə üstün gəldiyi zaman xalqın üzünə gülüb yalan yerə dost olduqlarını iddia etdilər.

Dəyərli həqiqətlər və İlahi ayati-bəyyinat ötən bir ilin hadisələrində bundan da çoxdur və düşüncə əhli üçün onları görüb tanımaq çətin deyil, lakin buna baxmayaraq, bu gün bütün İslam Ümmətinin ələlxüsus da ayağa qalxmış xalqların iki əsas ünsürə ehtiyacı var.

 

  • Müqaviməti davam etdirmək və möhkəm əzmkarlığın süstlüyünə imkan verməmək. Quran Kərimdə əzəmətli İslam Peyğəmbərinə (s.ə.s) xitabən ilahi fərman belədir:

 

فاستقم کما امرت و من تابمعک و لاتطغوا " و " فلذلک فادع و استقم کما امرت

 

Və həmçinin Həzrət Musa (ə)-ın dilindən :

"و قال موسی لقومه استعینوا بالله و اصبروا، ان الارض لله یورثها من یشاء من عباده و العاقبه للمتقین"."

 

Bu dövrdə ayağa qalxmış xalqlar üçün təqvanın ən böyük təzahürü odur ki, öz mübarək hərəkətlərini dayandırmasınlar və hazırkı nailiyyətlərə başlarını qatmasınlar. Budur xoş aqibət vədi ilə başını uca tutan insanlar üçün təqvanın mühüm hissəsi.

 

2- Bu qiyamlar və inqilablardan ziyana düşən güclər və beynəlxalq imperializmin hiylələri qarşısında ayıq-sayıq olmaq lazımdır. Onlar boş oturmayacaqlar; özlərinin siyasi, təhlükəsizlik və maliyyə imkanları ilə öz nüfuzları və istilalarını bu ölkələrdə yenidən bərpa etməyə çalışacaqlar. Onların metodu yedizdirmək, təhdid və aldatmaqdır. Təcrübələr göstərdi ki, xas insanların barəsində bu metodlar cavab verir və qorxu, tamahkarlıq, ya da qəflət onları bilərəkdən ya bilməyərəkdən düşmənin xidmətinə gətirir. Gənclər, ziyalılar və din alimləri bu məsələdə ayıq olmalıdırlar. Küfr və imperialist cəbhəsinin bu ölkələrdə yeni siyasi quruluşun formalaşmasına təsir etməsi və müdaxiləsi ən ciddi təhlükədir. Onlar bütün səylərini işə salacaqlar ki, yeni quruluşların İslama və xalqa aidiyyəti olmasın. Bu ölkələrdəki bütün xadimlər və öz vətənlərinin izzətini, kəramətini və inkişafını düşünən kəslər yeni quruluşun tam şəkildə islamiyyətə və xalqın istəyinə uyğunlaşdırılması yolunda çalışmalıdırlar. Bu məsələdə konstitusiyaların rolu böyükdür. Milli birlik və dini, qəbiləvi və etnik dəyişiklikləri tanımaq gələcək qələbələrin şərtidir. Misir, Tunis və Liviyada qalxmış igid xalqlar, eləcə də digər mübariz xalqlar bilməlidirlər ki, Amerikanın və başqa Qərb istilaçılarının zülmündən, məkrindən xilas olmalarının yeganə yolu dünyada qüdrət balansının onların xeyrinə dəyişməsidir. Müsəlmanlar öz məsələlərini ciddi şəkildə sümürgəçilərlə həll etmək istəyirlərsə, özlərini böyük beynəlxalq gücə çevrilmək sərhədinə çatdırmalıdırlar və bu yalnız müsəlman ölkələrinin əməkdaşlığı, həmrəyliyi və vəhdəti ilə təmin oluna bilər. Bu Böyük İmam Xomeyni(r.ə)-in unudulmaz vəsiyyətidir. Amerika və NATO xəbis və diktator Qəzzafini bəhanə edib aylarla Liviya xalqının başına od yağdırdı və Qəzzafi həmin şəxsdir ki, Liviya xalqının şücaətli qiyamından öncə onların yaxın dostları sırasında idi, ona qucaq açırdılar, onun əli ilə Liviyanın sərvətini oğurlayırdılar və onu ələ almaq üçün əlini sıxır və ya öpürdülər. Xalqın qiyamından sonra onun özünü bəhanə edib Liviyanın bütün infrastrukturlarını dağıtdılar. Hansı dövlət Liviyada xalqın NATO tərəfindən qırğın edilməsinin və ölkənin xarabazara çevrilməsinin qarşısını ala bildi? Vəhşi və qaniçən Qərb dövlətlərinin dişi və caynağı qırılmayana qədər İslam ölkələri üçün həmişə belə təhlükələr olacaq və bundan sığortalanmağın yeganə yolu qüdrətli İslam dünyası qütbünü yaratmaqdır.

Qərb, Amerika və Sionizm bu gün hər zamandan artıq zəifdir. İqtisadi problemlər, İraq və Əfqanıstanda bəxtlərinin gətirməməsi, Amerika və digər Qərb ölkələrində geniş miqyas almış xalq etirazları, Fələstin və Livan xalqlarının mübarizəsi və canfəşanlığı, Yəməndə, Bəhreyndə və Amerikanın nüfuzu altında qalan bəzi digər ölkələrdə xalqın şücaətli qiyamları, bütün bunlar İslam Ümmətinə, xüsusilə yeni inqilabçı ölkələrə böyük ərməğandır. İslam dünyasının hər yerində xüsusən də Misir, Tunis və Liviyada mömin kişilər və qadınlar beynəlxalq İslam qüdrətini yaratmaq üçün bu fürsətdən son dərəcə bəhrələnməlidirlər. Daha etimadlı şəxiyyyətlər və hərəkatların öncülləri Böyük Pərvərdigara təvəkkül edib onun zəfər vədinə inanmalı və İslam Ümmətinin tarixində yenicə açılmış səhifəni əbədi olaraq qalacaq və Allahın razılığı və vəd etdiyi qələbə üçün zəmin yaradacaq iftixarlarla bəzəməlidirlər.

"والسلام علی عباد الله الصالحین"

Seyyid Əli Hüseyni Xamenei

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06