Tarix : 2011 Nov 06
Kod 26419

Azərbaycanda haqsızlıq davam edir

Noyabrın 4-də ''Hicaba azadlıq'' aksiyasına görə həbs olunan dindarların bir neçəsinə qarşı qaldırılmış məhkəmə prossesi keçirilib
well/Aran agentliyi

Noyabrın 4-də "Hicaba azadlıq" aksiyasına görə həbs olunan dindarların bir neçəsinə qarşı qaldırılmış məhkəmə prossesi keçirilib.

Prossesdə Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərovun məhkəmə prosesi keçirilib.

"Hicaba azadlıq" aksiyasına görə həbs olunanlar ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirləndiriliblər.

Nərimanov Rayon Məhkəməsində aparılan prosesə hakim Arif İsmayılov sədrlik edib.

Proses noyabrın 14-də davam edəcək.

Mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasına görə tutulan 15 nəfərdən indiyə qədər 9-u uzun müddətli cəzalara məhkum olunub: Əlvan Hüseynov və Rövşən Məmmədov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza alıblar. Araz İsmayılov 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə, Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucova 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 

  • Yazılıb
  • da (də) 2011 Nov 06