Tarix : 2011 Nov 06
Kod 26420

PKK: Oktyabr ayında 191 türk hərbçi həlak olub

Terrorçu PKK qruplaşması iddia edib ki, Türkiyə ordusunun bu qruplaşma ilə son toqquşmalarında Türkiyənin silahlı qüvvələrindən 191 nəfəri həlak olub
well/Aran agentliyi

Terrorçu PKK qruplaşması iddia edib ki, Türkiyə ordusunun bu qruplaşma ilə son toqquşmalarında Türkiyənin silahlı qüvvələrindən 191 nəfəri həlak olub.

İSNA-nın məlumatına əsasən, PKK bir bəyanatda bildirib: Oktyabr ayında Türkiyə ordusunun bu partiya qüvvələri ilə toqquşmalarında 166 nəfər, polis qüvvələrindən 22 nəfər və Türkiyə ordusuna bağlı yerli qüvvələrdən isə 3 nəfər həlak olub, 11 nəfər də yaralanıb. Bu hadisələrdə Türkiyə ordusunun 15 avtomobili və hərbi təchizatı sıradan çıxıb.

Bu məlumatda daha sonra deyilir: Oktyabr ayında Türkiyə ordusu PKK mövqelərinə qarşı 51 əməliyyat həyata keçirilib ki, baş vermiş toqquşmalar zamanı PKK-nın 66 üzvü həlak olub, 1 nəfər də əsir düşüb.

Bəyanata əsasən, son toqquşmalar zamanı Türkiyə ordusunun 4 ədəd vertolyotu PKK raketləri ilə vurulub və 15 növ hərbi təchizat PKK qüvvələrinin əlinə keçib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06